İradə Gülməmmədova fəhlələrlə görüşdü - FOTO
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon ərazisində ödənişli ictimai işlərin düzgün təşkili və bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə həmin işlərdə çalışacaq işçilərlə görüşüb.
Görüşdə RİH başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədilə şəhər və rayonlarda müvəqqəti iş yerləri yaradılıb və işsiz sakinlər ödənişli ictimai işlərə cəlb edilb. Onun sözlərinə görə, Abşeron rayonu üzrə bu məqsədlə 770 yeni iş yeri yaradılıb. Qeyd edilib ki, işçilərin işə qəbulu “DOST İş Mərkəzi” MMC tərəfindən həyata keçirilsə də, işçilərin ödənişli ictimai işlərə cəlb edilməsi Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinə həvalə edilib. İ.Gülməmmədova deyib ki, rayon ərazisində ödənişli ictimai işlərin düzgün təşkilinə nəzarətin gücləndirilməsi, cəlb edilmiş işçilərin adlarına açılmış əmək haqlarının ödənişi kartlarından kənar adamların istifadəsi hallarına yol verilməməsi və bu sahədə tam şəffaflığın təmin edilməsi məqsədilə belə görüşlər bundan sonra da mütəmadi olaraq təşkil ediləcək.
İcra başçısı vətəndaşlarla fərdi qaydada söhbətlər aparıb, onların problemləri, qayğıları maraqlanıb. İşçilərə lazimi göstəriş və tapşırıqlarını verib.
Ödənişli ictimai işlərə cəlb olunan işçilər də rayon ərazisində yeni iş yerlərinin yaradılması və onların da işlə təmin olunmaları üçün cənab Prezidentə öz təşəkkürlərini bildiriblər.





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...