Sabunçuda piyadalar təhlükə ilə üzləşib – Yolda zolaq silinib
- 21-01-2020, 09:59
- 1 632
Bu barədə Pravda.az-a sakinlər məlumat verib.
Onlar bildirib ki, yolda təhlükə ilə üzləşirlər: “Piyada zolağı var idi. Sürücülər də həmin zolaqda piyadalara yol verirdilər. İndi isə həmin zolaq silinib, sürücülər də piyadalara yol vermir. Hər gün bu yolda təhlükə ilə üzləşirik. Daha ciddi fəsadları olmaması üçün piyada zolağı bərpa edilməlidir. Biz “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə müraciət etsək də, heç bir reaksiya verilmir. Mətbuat vasitəsilə də müraciət edirik, problemi aradan qaldırın”.