SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabunçuda piyadalar təhlükə ilə üzləşib – Yolda zolaq silinib

Sabunçuda piyadalar təhlükə ilə üzləşib – Yolda zolaq silinib

Tarix:

21-01-2020, 09:59

/ 1 619 dəfə oxundu.
Sabunçuda piyadalar təhlükə ilə üzləşib – Yolda zolaq silinib

Bakının Sabunçu Rayonu, Zabrat qəsəbəsində (Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin yaxınlığı) əsas yolda piyada zolağı silinib.

Bu barədə Pravda.az-a sakinlər məlumat verib.

Onlar bildirib ki, yolda təhlükə ilə üzləşirlər: “Piyada zolağı var idi. Sürücülər də həmin zolaqda piyadalara yol verirdilər. İndi isə həmin zolaq silinib, sürücülər də piyadalara yol vermir. Hər gün bu yolda təhlükə ilə üzləşirik. Daha ciddi fəsadları olmaması üçün piyada zolağı bərpa edilməlidir. Biz “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə müraciət etsək də, heç bir reaksiya verilmir. Mətbuat vasitəsilə də müraciət edirik, problemi aradan qaldırın”.
Sabunçuda piyadalar təhlükə ilə üzləşib – Yolda zolaq silinib

Şərhlər

XƏBƏR LENTİ