İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü oldu - FOTOLAR
- 20-01-2020, 11:47
- 897
İlk növbədə 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.
20 yanvar hadisələrindən danışan Qarabağ qazisi İ. Ağazadə qeyd etdi ki, bu vətən üçün şəhid olmağa hazıram: "Əgər tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqı həmişə torpaqlarını itirə-itirə gəlib. Biz isə həmişə susmuşuq. Elə susduğumuza görə də növbəti dəfə torpaqlarımıza göz dikiblər. Əgər Qarabaqa görə də sussaq, növbəti torpaq itgimiz olacaq. , deyə bilmərəm hara olacaq, amma olacaq. Biz torpağımızı işğaldan azad etməliyik. Sülh yoludursa, sülh yolu ilə, müharibədirsə, müharibə. Mən 20 yaşımda gedib Qarabağda vurulmuşam. 30 il keçib. Lazım olsa bu yaşımda da gedib vuruşaram".
Sonda, İ. Ağazadə sakinləri bir-bir dinlədi, suallarını cavablandırdı. Sakinlər isə onu dəstəklədiklərini bildirib seçkidə mütləq iştirak edəcəklərini qeyd etdilər.