"Bizim Market”də 12 ton saxta kərə yağı aşkarlandı - FOTO
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən "Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçiriblər.
Yoxlama zamanı marketlərdə "Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Belə ki, ştrix kod "Foodini” MMC tərəfindən ölkəyə idxal olunan "Belaya Korova” əmtəə nişanlı kərə yağına aid olub.
"Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının "Luninec” ASC olması qeyd edilib. Belarusun "Luninec” ASC süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin "Belorusskaya Korova” əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib.
Məlum olub ki, "Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə "Belarusskaya Korova” əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi "SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan qida təhlükəsizliyi sertifikatı ("İdxalçı müəssisənin adı və ünvanı”, "göndərən müəssisənin adı və ünvanı”, "mənşə ölkəsi”, "yüklənmə yeri”, "istehsalçının adı və ünvanı bölmələri”) saxtalaşdırılıb.
Yağdan götürülən nümunələrin laborator analizi zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı, sözügedən məhsulun saxtalaşdırıldığı təsdiqini tapıb.
Qanunvericiliyin tələbləri çərçivəsində aşkarlanan faktlar üzrə materiallar hüquqi qiymətin verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilib. "Bizim Market" şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul edilib və göstərilən məhsul partiyası dövriyyədən çıxarılıb.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək