Yol polisindən Bakıda hərəkətin intensivliyi ilə bağlı yenilik
Yol polisi Bakıda hərəkətin intensivliyini artırmaq üçün fasiləsiz xidmət aparır.
Son günlər Bakıda DYP rəhbərliyi hərəkətin təşkili ilə bağlı yenilik edib. Belə ki, idarədə kameralara nəzarət edən əməkdaşlar mütəmadi olaraq yollarda xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə əlaqə saxlayırlar. Hansı yolda sıxlıq müşahidə olunsa, harada qanunsuz parklanma və ya hansısa problem yaransa, dərhal ərazidə xidmət aparan əməkdaşa radioqəbuledici vasitəsilə məlumat verilir. YPX əməkdaşları isə vaxt itirmədən deyilən yerə yaxınlaşaraq problemi aradan qaldırırlar.
Yol polisi əməkdaşları "20 Yanvar”, "Şamaxinka”, 3-cü mikrorayon və "Memar Əcəmi” dairələrində fasiləsiz xidmət aparır, dayanacaqların ətrafını boşaldır, yolun hərəkət hissəsini zəbt edən taksi sürücülərini ərazidən kənarlaşdırırlar. Həmçinin piyadaların yolu keçməsi, avtobusların dayanacağa rahat daxil olması, sərnişinlərin təhlükəsiz şəkildə minib-düşməsi təmin olunur. Bunun nəticəsində yollarda nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkəti təmin edilir.
Bu yeniliklər sakinlər tərəfindən də bəyənilib. Onlar bildiriblər ki, şəhərdə son günlər tıxaclar azalıb, dayanacaqlardan istifadə asanlaşıb. Sakinlər bu addıma görə yol polisinə təşəkkür ediblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...