XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Nazirliyin 15 növ e-arayış xidməti ildə 1 milyon 500 mindən çox şəxsin müvafiq arayışları e-qaydada əldə etməsinə imkan verir

Nazirliyin 15 növ e-arayış xidməti ildə 1 milyon 500 mindən çox şəxsin müvafiq arayışları e-qaydada əldə etməsinə imkan verir

Nazirliyin 15 növ e-arayış xidməti ildə 1 milyon 500 mindən çox şəxsin müvafiq arayışları e-qaydada əldə etməsinə imkan verir
13-01-2020, 11:04

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 15 növdə
e-arayış xidmətini istifadəyə verməyi planlaşdırır

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Onlar aşağıdakılardır:
1. İş yerinə dair e-arayış xidməti
2. Əlilliyə dair e-arayış xidməti
3. Müavinətlə təmin edilmə barədə e-arayış xidməti
4. Təqaüdlə təmin edilmə barədə e-arayış xidməti
5. Pensiya ilə təmin edilmə barədə e-arayış xidməti
6. Maddi yardımla təmin edilmə barədə e-arayış xidməti
7. Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması barədə e-arayış xidməti
8. Dövlət tərəfindən avtomobillə təmin olunma barədə e-arayış xidməti
9. Dövlət tərəfindən mənzillə təminat barədə e-arayış xidməti
10. Ünvanlı dövlət sosial yardımının təyinatı barədə e-arayış xidməti
11. Ünvanlı dövlət sosial yardımının ödənişi barədə e-arayış xidməti
12. Fərdi şəxsi hesab barədə e-arayış xidməti
13. Məşğulluq altsistemindən e-arayış xidməti
14. Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti
15. Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.

Bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.
2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.