SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Bu qərarı Nurəddin Mustafayev verib" - Nizami Qocayev onun adın çəkib

"Bu qərarı Nurəddin Mustafayev verib" - Nizami Qocayev onun adın çəkib

Tarix:

10-01-2020, 16:45

/ 1 533 dəfə oxundu.
"Bu qərarı Nurəddin Mustafayev verib" - Nizami Qocayev onun adın çəkib

Gəncə Şəhər sakini Elçin Məmmədov məhkəmə icraçılarının ondan qeyri-qanunu formada ödəniş tələb etdiyini iddia edir.

Şikayətçi “Qafqazinfo”ya müraciətində bildirib ki, 2014-cu ildə “Bank of Baku”dan 7 min manat kredit götürüb.

Daha sonra gecikmələr olduğu və aylıq məbləği ödəyə bilmədiyi üçün Prezidentin 28.02.2019-cu il tarixli fərmanına uyğun olaraq, krediti restrukturizasiya edilərək qapanma müddəti 5 illik uzadılıb. Bununla da aylıq ödənişi azaldılaraq 83 manat təyin olunub:

“Ancaq sonradan öyrənmişəm ki, məhkəmə icraçıları icrahaqqı olaraq 7% pul tutub. İşlədiyim “Azəriqaz” İB-nin mühasibatlığına məktub göndərərək 500 manat əməkhaqqımdan pul tutublar. Dövlət başçısının fərmanında göstərilir ki, məqsəd fiziki şəxslərin probleminin azaldılmasıdır. Bəs 500 manatı icrahaqqı üçün tutulan vətəndaşın problemi necə azala bilər?

Banklar bu fərmandan sonra krediti 1 faizlə 5 illik uzatdığı halda Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları 7 faizlə pul mənimsəyirlər.

Gəncə Şəhər Məhkəmə icraçılarının rəisi Nizami Qocayev bildirir ki, bu qərarı Ədliyyə Nazirliyinin baş icra rəisi Nurəddin Mustafayev verib. Hər yerə müraciət etmişəm, bu prosesin qanunsuz olduğunu düşünürəm”.

Hüquqşünas Tural Şükürov vətəndaşın müraciəti ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, kreditin ödənilməsində icraçıların rolu olubsa, proses qanunauyğun formada aparılıb:

“İcra haqqında qanunun 78-ci maddəsinə görə, banka könüllü ödəniş edilmədiyi təqdirdə icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. İcra ödənişinin məbləğinin 25 faizi dövlət büdcəsinə, qalan hissəsi isə icra xidməti olaraq icra məmurlarının xüsusi fonduna köçürülür”.

Şərhlər

XƏBƏR LENTİ