SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mağazalarda yay aylarından qalma "təhlükə" — Dondurmalar…

Mağazalarda yay aylarından qalma "təhlükə" — Dondurmalar…

Tarix:

5-01-2020, 22:32

/ 1 993 dəfə oxundu.
Mağazalarda yay aylarından qalma "təhlükə" — Dondurmalar…

Bakıda bir çox iri supermarketlərdə yaydan qalma dondurmalar satılır. Bu dondurmaların əksəriyyəti əzilmiş formadadır. İçərisindəki havanın dəfələrlə dəyişməsi nəticəsində dondurmalarda bir neçə dəfə əriyib, yenidən bərkiyib. Bunu üzdən baxdıqda da hiss etmək olur. Dondurmaların alıcısı olmadığı üçün bəzi supermarketlərdə yay aylarına qədər soyuducuda qalır.

Musavat.com-a danışan ekspert Eyyub Hüseynov bildirib ki, bu cür dondurmaları yemək təhlükəlidir. Ekspert bildirib ki, fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yalnız qidaların təhlükəsizliyinə nəzarət edir. Qidanın keyfiyyətinə nəzarət isə kimsəni maraqlandırmır. E. Hüseynov söyləyib ki, əksər hallarda vaxtı keçmiş məhsullar yenidən istehlakçıya sırınır:

"Konkret olaraq bu dondurmalara Azərbaycanda nəzarət edən yoxdur. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də yarıcan işləyir. Ona görə də şübhəsiz ki, bu cür dondurmalar və digər bu kimi mallar insanların sağlamlıqlarında öz mənfi izlərini qoyurlar. Ümumiyyətlə, ölkədə vaxtı keçmiş malları məhv etmirlər. Hər gün on tonlarla malın yararlılıq müddəti keçir. Bəs bu məhsulların axırı necə olur? Bu sualı Qida Təhlükəsizliyi Agentliyinə dəfələrlə ünvanlamışam. Ancaq cavab ala bilməmişəm. Görünən budur ki, həmin məhsullar yenidən istehlakçılara sırınır. Yəni bir nəzarət edən, prosesi həyata keçirən qurum yoxdur ki, məhsulları məhv edəndə bizi, kütləvi informasiya vasitələrinin nümayəndələrini çağırsınlar, camaat da bilsin ki, filan qədər vaxtı keçmiş məhsul məhv edildi.

Mütəxəssislər qeyd edir ki, keyfiyyətli dondurmanın tərkibində mütləq süd, şəkər, kərə yağı, yumurta olmalıdır. Həmçinin dad və ətirverici maddələr, stabilləşdiricilər əlavə olunur. Əgər dondurmanı dilin üstündə qoyduqda acı dad verərsə, deməli, tərkibinə kərə deyil, marqarin, bitki yağı qatılıb. Dondurma süd məhsulu olduğu üçün onun tərkibinə ancaq kərə yağı vurulmalıdır. Yalnız bu halda dondurmanı dilin üstünə qoyduqda təzə qaymaq dadı verir, yəni yararlıdır.
Dondurma alarkən daha bir məqama diqqət etmək lazımdır - onun kağızına. Əgər dondurmanın kağızı əzikdirsə, mütləq onu almaqdan çəkinmək lazımdır. Bu onu göstərir ki, dondurma bir dəfə əriyərək, yenidən dondurulub və bu da insan orqanizmi üçün təhlükəlidir və çirklənmiş məhsul hesab olunur.

Həmçinin dondurma ən yaxşı halda, 18 dərəcə temperaturda 6 ay saxlanıla bilər. Lakin əgər məhsul satışa çıxarılırsa, tez bir zamanda satılmalıdır. Uzun müddət mağazaların soyuducularında qalan dondurmaların insanlarda mədə-bağırsaq xəstəlikləri yarada biləcəyi deyilir. Bununla bərabər dondurma üzərində qumabənzər köpüklü əlamət olmamalı, üzərinə birbaşa günəş şüaları düşməməlidir.

Şərhlər

XƏBƏR LENTİ