XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Səhiyyə Nazirliyi ləğv edilərək Əmək Nazirliyinin tabeliyinə veriləcək

Səhiyyə Nazirliyi ləğv edilərək Əmək Nazirliyinin tabeliyinə veriləcək

Səhiyyə Nazirliyi ləğv edilərək Əmək Nazirliyinin tabeliyinə veriləcək
4-01-2020, 15:47

Azərbaycanda struktur islahatlarının növbəti böyük bir dəyişikliklə davam etdirilməsi gözlənilir...
Hökumət ölkədə əhalinin ən çox narazı qaldığı daha bir sahədə - səhiyyədə ciddi dəyişikliklərə hazırlaşır.

Məlumatlı mənbədən bizimyol.info-ya daxil olan xəbərə görə, yaxın vaxtlarda Səhiyyə Nazirliyinin ləğvi gözlənilir. Bu nazirliyin ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi planlaşdırılır. Mənbənin bildirdiyinə görə, struktur dəyişikliyindən sonra ümumi qurumun adı, böyük ehtimalla, "Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" olacaq.

Oqtay Şirəliyev avtomatik olaraq vəzifəsini itirəcək. Həmçinin hazırkı əmək naziri Sahil Babayevin də vəzifəsində qalıb-qalmayacağı dəqiq bilinmir. Bununla belə, Sahil Babayevin genişləndirilmiş qurumun başında saxlanması ehtimalı daha böyükdür.

Məsələ ondadır ki, Sahil Babayevin bu vəzifədə həyata keçirdiyi "innovasiyalar" o qədər də uğurlu alınmayıb. Xüsusən əlillik pensiyaları kütləvi şəkildə ləğv edilib, badcədən bu sahəyə ayrılan vəsaitin həcmində əhəmiyyətli qənaətə nail olduğuna görə yuxarılarda Sahil Babayevə "sağ ol" deyilsə də, bu tədbirlər əhali arasında kütləvi narazılığa səbəb olub.

Ünvanlı sosial yardımlar sahəsində də vəziyyət əvvəlki nazirin dövrü ilə müqayisədə nəinki yaxşılaşmayıb, bir sıra hallarda ünvanlılıq prinsipləri daha kobud bir tərzdə pozulmağa başlayıb.

Amma mənbənin bildirdiyinə görə, hələlik hökumət Sahil Babayevin yerinə daha uğurlu bir variant tapa bilmir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.