Maşını olmayan şəxs radara düşdü - Azərbaycanda
Cəlilabadda bir gəncin başına iş gəlib. Heç bir avtomobili və ümumiyyətlə, sürücülük vəsiqəsi olmadığı halda ondan 10 manat radar cəriməsinin ödənilməsi tələb olunur. Gənc isə avtomobil idarə etməyi belə bilmədiyini deyir. İndi o, cərimənin ona necə gəlib çıxdığını araşdırır.
İndiyə kimi heç bir avtomobili olmadığı halda adına sürət həddinin aşması ilə bağlı protokol gəlib.
Maraqlı hadisə Cəlilabad rayon Təklə kənd sakini Ceyhun İbişovun başına gəlib. Bir müddət əvvəl onun ünvanına gələn məktubda qeyd edilib ki, paytaxtın Moskva prospektində minik avtomobili ilə sürət limitinin saatda 60 km olduğu ərazidə avtomobili 72 km sürətlə idarə edib.
Ceyhun İbişov isə nəinki Bakıda avtomobil idarə etdiyini, indiyə kimi heç bir avtomobili olmadığını deyir. Məsələni aydınlaşdırmaq üçün Cəlilabad rayon polis şöbəsinə müraciət etdikdə isə məlum olub ki, həmin avtomobil texniki pasportunda Rəsulova Səltənət adlı xanımın adınadır. Lakin avtomobilin idarə edilməsi üçün Ceyhun İbişovun adına bir illik etibarnamə verilib.
Olmayan avtomobilinə görə cərimənin ləğv olunmasını istəsələr də, hələlik bu baş verməyib. Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, hadisə ətraflı araşdırılacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...