"AMEA-da hökmən islahatlar aparılacaq” - Ramiz Mehdiyev
"Azərbaycan Milli Elmlər Akademiyasının bu yaxınlarda ümumi iclası keçiriləcək, həmin iclasda Akademiyada islahatlarla bağlı geniş müzakirələr aparılacaq”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyev deyib.
Ramiz Mehdiyev bildirib ki, bu, AMEA-nın gələcəyi baxımından çox əhəmiyyətli bir iclas olacaq: “AMEA-nın fəaliyyəti bilavasitə dövlətin siyasəti ilə bağlı olmalıdır. Prezidentin həyata keçirdiyi iqtisadi, sosial siyasət, humanitar məsələlərlə bağlı yürütdüyü xətt gələcəkdə AMEA-nın fəaliyyətində çox geniş yer tutmalıdır. Ümumiyyətlə, AMEA-nın fəaliyyəti Azərbaycan dövlətinin inkişafında öz xidmətini göstərməkdən ibarət olmalıdır”.
Ramiz Mehdiyev qeyd edib ki, AMEA-da hökmən islahatlar aparılacaq: “Güman edirəm ki, bu islahatlar AMEA-nın fəaliyyətinə mühüm töhfə verəcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...