SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bələdiyyə sədri vergiyığanı işlətdi, pulunu vermədi

Bələdiyyə sədri vergiyığanı işlətdi, pulunu vermədi

Tarix:

21-12-2019, 12:09

/ 1 253 dəfə oxundu.
Bələdiyyə sədri vergiyığanı işlətdi, pulunu vermədi

Bakının Binəqədi bələdiyyəsinin sədri Salman Umudov bələdiyyədə vergiyığan ştatına işə götürdüyü gənci iki ay işlədib, amma əmək haqqını verməyib.

Salmanın özbaşınalığından şikayətlənən İmanov Ayhan Namiq oğlu virtualaz.org-a bildirib ki, bu ilin 6 sentyabrında Binəqədi Bələdiyyəsinə vergiyığan kimi işə düzəlib. Bir neçə gün ştatdan kənar işlədilib, amma buna etiraz edib, işçi kimi onunla əmək müqaviləsinin bağlanmasını istəyib. İmanovun etirazından sonra sentyabrın 12-si onun işə başlaması barədə əmr verilib. Amma əmək haqqı ala bilməyib.

“Özüm ali təhsilliyəm. Mən bələdiyyəyə vergi müfəttişi kimi işə qəbul olunmuşdum. Başlanğıc üçün 250 manat əmək haqqı alacağımı dedilər. Orada Eldar müəllim və vergi rəisi Ceyhun müəllim var, onlar da mənə bildirmişdi ki, sənin əmək haqqın 250 manatdır və maaşını da kart vasitəsi ilə alacaqsan. Amma dedilər ki, maaşdan əlavə də qazana bilərəm, 1000 manat vergi yığa bilsəm bunun 5 faizini mənə verəcəklər”,-şikayətçi deyir.

O əlavə edir ki, oktyabr ayında maaş kartını istəyib, kartın 5-10 günə veriləcəyini deyiblər.

“Bir neçə gün sonra mənə blank təqdim etdilər, həmin blankda Kapital Bankla bağlı məlumatlar var idi. Məndə blankda özüm haqqında məlumatları doldurdum. Dedilər ki, bu həftənin beşinci günü sənə maaş kartı təqdim edəcəyik və hamı kimi maaşını kart vasitəsilə alacaqsan. Amma nə kart verdilər, nə pul”,-Ayhan deyir.
Bundan başqa, şikayətçi bildirir ki, Salman Umudov dəfələrlə bələdiyyənin vergi müfəttişlərini toplayıb dəniz kənarında olan evlərin küçələrini təmizlətdirirdi, halbuki bunu bələdiyyənin fəhlələri etməlidir.

“Demək olar ki, S. Umudov bələdiyyənin nə işi varsa, fəhlədən tutumuş digər işlərə qədər hamısını vergi müfəttişlərinə gördürür. Vegi müfəttişi həm fəhləlik edir, həm də öz işini görür. Sədr isə bizə fəhləliyə görə heç bir pul ödəmirdi”,-şikayətçi deyir.

Belə məlum olur ki, sədr Salman günlərin birində işçiləri yığıb, onlara deyib ki, hər işçi ayda azı 1000 yox, 1500 manat toplamalıdır. Və bu qədər pul toplaya bilməyənə maaş düşmür. Və sədrin bu çıxışından sonra Ayhan Umudova (cəmi 350 manat yığa bilibmiş) ərizə yazdırıblar ki, könüllü işdən çıxsın. İki aylıq maaşını-500 manatını isə bir neçə gün sonra verəcəklərini deyiblər. Amma o, bir neçə gün sonra sədrə yaxınlaşsa da Salman ona kobud cavab verib, “sənə maaş düşmür, get əlindən nə gəlirsə elə. Bir də buraları tanıma”, deyib. Və bu yoxsul gənc 500 manatını bələdiyyə sədrindən ala bilməyib, şikayətlə redaksiyamıza üz tutub. Onun dediyinə görə, Binəqədi bələdiyyəsində daha bir neçə vergiyığan maaşlarını ala bilmir…

Vətəndaşın şikayəti ilə bağlı Binəqədi bələdiyyəsinə, onu sədrinə dəfələrlə zəng vursaq da cavab verən olmadı.

Qeyd edək ki, Salman Umudov indiki bələdiyyə seçkilərində namizədliyini Binəqədi ikinci seçki dairəsindən irəli sürüb.

Virtualaz.org

Şərhlər

XƏBƏR LENTİ