SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Zəfəran Hospital"da xəstəyə düşmən münasibəti - GİLEY

"Zəfəran Hospital"da xəstəyə düşmən münasibəti - GİLEY

Tarix:

20-12-2019, 10:30

/ 1 666 dəfə oxundu.
"Zəfəran Hospital"da xəstəyə düşmən münasibəti - GİLEY

"Papam artıq 2 aydan artıq Zəfəran Hospitalın Reanimasiyasında koma vəziyyətində qalıb. Bizə klinikanın pulunu ödəyin, yoxsa xəstəni bayıra tullamalı olacağıq deyə hədə-qorxu gəlirlər. Başqa xəstəxana və klinikalar isə qəbul etmir. "

Bunu "Zəfəran" hospitalında əməliyyat olunduqdan sonra 2 aydır koma vəziyyətində qalan İsmayıl Muradovun qızı Moderator.az -a müraciətində bildirib.

O müraciətinin sonunda prezident İlham Əliyevdən, xanımı və qızından kömək istəyib:

"Bəli, burada yatan mənim atamdı. O ata ki, milyonlarla insanlara kömək olub, müharibə dövründə hərbiyə maddi yardım edib. Küçədə əyin-başı cırıq olan insanı mağazaya aparıb başdan-ayağa geyindirən insan, qaçqına öz zəhmətiylə aldığı evi hədiyyə verib ev ilə təmin edən insan, xəstə insanları sağaltmağa çalışan insan indi burda bu vəziyyətdə köməyə möhtacdır.

Atamda əvvəllər də ürək problemi vardı, tez tez ürək getməsi olurdu. Bir çox klinikalara gedib yoxlanan zaman əməliyyata ehtiyac olduğunu və ürəyin klapanıyla damarlarının dəyişilməsinin lazım olduğunu dedilər. Atam əməliyyat olunmaqdan qorxurdu, ancaq onun tez tez ürək getməsinə dözməyərək əməliyyat olunması üçün "Zəfəran" hospitalına, Ramil Əliyevin yanına gətirdik. Ramil doktor baxıb hər şeyin yaxşı olacağını, əməliyyatın tam uğurlu keçəcəyini söz verdi və əlavə etdi ki, onun ürəyinə əvvəl qoyulan stend səhv qoyulub və əməliyyatdan 3-4 il sonra ola bilər ki dəyişmək lazım olacaq. Beləliklə, atam oktyabrın 12-də əməliyyat olundu və bizə əməliyyatın uğurlu keçdiyini və risk 10-15 faiz aşağı düşdüyünü dedilər.

Həkim əməliyyat olunan günün səhəri xəstənin vəziyyətinin yaxşı olduğunu dedi. Növbəti gün isə Ramil doktorla danışanda o bizə atanızın gecə aritmiyası tutmuş ancaq indi hər şeyin yaxşı olduğunu və özlərinin onu yatızdırdıqlarını dedi, biz də inandıq. Daha sora məlum oldu ki, atamın gecə saatlarında ürəyi 15-20 dəqiqəlik dayanıb və bu səbəbdən komaya düşüb. Diaqnozu isə beyinin hipoksiyası-işemik insultdur.

Həkimdən niyə belə olduğunu və nə baş verdiyini öyrənməyə çalışdıq. Həkim də "özüm də bilmirəm, böyük ehtimalla yəqin ki, stendin verdiyi fəsaddan irəli gəlib. Ancaq profilaktika üçün "geporin" vurdum və papanızı həyata qaytardıq"-deyə cavab verdi.

Papam artıq 2 aydan artıq Zəfəran Hospitalın Reanimasiyasında koma vəziyyətində qalıb. Bizə klinikanın pulunu ödəyin, yoxsa xəstəni bayıra tullamalı olacağıq deyə hədə-qorxu gəlirlər. Başqa xəstəxana və klinikalar isə qəbul etmir. Biz əməliyyata 11 min pul vermişdik, üstəlik dərmanlara da 4-5 min əlavə ödəmişik. Artıq gücümüz tükənib. Bir neçə gün əvvəl həkim anju edib və əvvəl qoyulan stendin yaxşı çalışdığını və onun düzgün qoyulduğunu, sadəcə ürəyin xırda damarlarında tromblaşma olduğunu dedi. Görünən odur ki, həkim əməliyyatdan qabaq lazımi yoxlamalar aparmadan xəstəni əməliyyata salıbmış.

Sizdən istəyimiz prezidentimizə, Mehriban xanıma və Leyla xanıma bu məlumatı tez bir zamanda duyurub çatdırmaqdır.

Prezidentimiz cənab İlham Əliyevdən və xanımı Mehriban Əliyevadan xahişimiz odur ki, atamın sağalması üçün savadlı həkimlərin cəlb olunmasına və əməliyyat xərclərinin qarşılanması üçün maddi yardımın olunmasına köməklik edəsiniz."

Milli qəhrəmanımız Mübariz İbrahimovun müəllimi İmaməli Muradov da qardaşı İsmayıl Muradov üçün yardım istəyib.

Qeyd edək ki, xəstənin yaxınlarının çağırışına tanınmışlar da qoşulub. Belə ki, sənətçilərdən Nigar Camal, Eldar Qasımov, Dilarə Kazımova, İradə İbrahimova, Tünzalə Ağayeva, Oksana Rəsulova Bəhram Bağırzadə və başqaları sosial şəbəkə hesablarında paylaşım edərək ailəyə dəstək olublar.

Şərhlər

XƏBƏR LENTİ