SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabunçu işıq idarəsi rəisindən abonentlərə hədə – Foto

Sabunçu işıq idarəsi rəisindən abonentlərə hədə – Foto

Tarix:

18-12-2019, 10:35

/ 2 422 dəfə oxundu.
Sabunçu işıq idarəsi rəisindən abonentlərə hədə – Foto

Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi hər ay abonentləri borcun ödənilməsi bir neçə gün geciksə elektrikin xəbərdarlıq edilmədən kəsiləcəyi ilə hədələyir.

Reportyor.info-ya verilən xəbərə görə, Sabunçu RETSİ hər ay mənzillərin qapılarına hədələyici xəbərdarlıq xarakterli kağızlar yapışdırır.

Abonentlərin sözlərinə görə, nə su idarəsi, nə başqa kommunal xidmətlərin əməkdaşları bu addımı atırlar. Sakinlər bildirirlər ki, Sabunçu işıq idarəsinin müdiri İlham Quliyevin əmri ilə hər ay insanları narahat edirlər.

Söhbət heç də külli miqdarda borcu olanlardan getmir. Belə ki, aylıq 10-15 manat işıq pulu borcu olanlar belə xəbərdarlıq edilmədən elektrik kəsiləcəyi ilə hədələnir.

Halbuki, ay başa çatmamış hər dəfə eyni məzmunlu kağız parçaları qapılara vurulur. Sakinlər bunun qanunsuz olduğunu bildirirlər və onsuz da ödənişlərin edildiyini söyləyirlər.

Sabunçu işıq idarəsi müdirinin ölkədə gedən islahatlara, sosial dəyişikliklərə zidd olaraq addım atması, insanları qəzəbləndirməsi ölkə rəhbərliyinin siyasətinin əleyhinədir. İlham Quliyev abonentləri sıxışdırmağa, işıqlarını kəsməyə, xəbərdarlıq etmədən gününü zülmətə çevirməyə başlayıb.

Abonentlər deyirlər ki, 10-15 manat ödənilməmiş borc 1-2 gün keçən kimi qəfildən işığı kəsirlər. Fikirləşmirlər ki, soyuq havadır, körpəsi, xəstəsi, qocası olan var.

Qanunla enerjiyə görə ödənilməli olan pul məbləğinin əks olunduğu müvafiq bildirişi aldıqdan sonra istehlakçı həmin məbləği bir ay müddətində tam ödəmədikdə, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandırmaq hüququna malikdir.

Lakin Sabunçu işıq idarəsi müdiri bir ay tamam olmamış sakinləri hədələməyə başlayır.
Sabunçu işıq idarəsi rəisindən abonentlərə hədə – Foto

Şərhlər

XƏBƏR LENTİ