Azərbaycan məktəblərindəki “Qarabağsız” Çin qlobusları... - düşməni necə sevindirdi?..
Təxminən 2013-cü ildən bəri Azərbaycana gətirilən və ölkəmizin nəinki adının çəkilmədən rəqəmlə göstərildiyi, eyni zamanda Qarabağ və Naxçıvanın Ermənistan ərazisi kimi təqdim edildiyi Çin istehsalı olan qlobuslar hələ də məktəblərimizdə işlədilməklə erməniləri sevindirməkdə davam edir.
Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının məlumatına görə, iranşünas erməni alim Artyom Tonoyan bu barədə özünün “Facebook” səhifəsində "Erməni-Çin dostluğu" heşteqi altında belə yazıb:
“Çinlilər bir çox xalqlardan fərqli olaraq yalnız indini deyil, həm də gələcəyi yaxşı görə bilirlər. İlham Əliyev və onun adamları “Qarabağ - Azərbaycandır və nida” dedikləri halda Azərbaycan məktəblərində yalnız Qarabağın deyil, Naxçıvanın da Ermənistanın tərkib hissəsi kimi göstərildiyi Çin qlobusları peyda olub...”
P.S... Deyək ki, Çinə ciddi etiraz etməyə, bu cür qlobusların buraxılışının qarşısını almağa gücümüz çatmır. Bəs 7 ilə yaxındır bu boyda Azərbaycan(!) dövlətinin gömrük və digər əlaqədar orqanları bəhs edilən qlobusların ölkəmizə gətirilməsinə yasaq qoya bilmir guya?.. Və yaxud məktəblərə qəti şəkildə tapşırıq vermək olmaz ki, həmin qlobuslardan istifadə edilməsin?..

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...