XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Ceyhun Bayramovdan magistraturaya qəbulla bağlı açıqlama

Ceyhun Bayramovdan magistraturaya qəbulla bağlı açıqlama

Ceyhun Bayramovdan magistraturaya qəbulla bağlı açıqlama
16-12-2019, 18:14

"Magistratura pilləsinə qəbul imtahanlarının ikinci mərhələsinin ləğv edilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdim olunacaq qərar layihəsi artıq yekun razılaşdırma mərhələsindədir".

Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, magistratura səviyyəsində əhatəliyi daha da artırmaq istiqamətində son bir il ərzində Təhsil Nazirliyi ölkənin bütün aidiyyəti təhsil müəssisələri və digər həmkar qurumlarla müzakirələr və məsləhətləşmələr aparmışıq və demək olar ki, yekunlaşıb. Nazirlər Kabineti həmin qərarı qəbul etdikdən sonra magistraturaya qəbul qaydalarında dəyişikliklər olacaq:

"Burada bir sıra yaradıcılıq, xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla magistraturaya qəbul qaydalarının birmərhələli həyata keçirilməsi, bununla da magistraturaya qəbul olunan tələbələrin daha asanlıqla təhsilin növbəti pilləsinə daxil olmaq imkanları təmin ediləcək. Düşünürəm ki, Azərbaycan təhsil sistemində bu dəyişikliyin müsbət nəticələrini növbəti illərdə görəcəyik".

C.Bayramov xatırladıb ki, bir neçə il öncə magistratura pilləsində oxuyan tələbələrə möhlət hüququnun verilməsi nəticəsində təhsilin bu pilləsinə qəbul olunan oğlanların sayında əhəmiyyətli artıma nail olunub:

"Bunun nəticəsi olaraq, bakalavr pilləsində qızlarla oğlanlar arasında olan gender bərabərliyi magistratura səviyyəsində tam bərqərar olmasa da, xeyli müsbət dəyişiklik baş verib. Düşünürəm ki, növbəti illərdə həmin göstərici də əldə olunacaq".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.