Nazirlik pensiyaçılara XƏBƏRDARLIQ ETDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) pensiyaçılara xəbərdarlıq edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, naməlum şəxslər pensiyaçılara zəng edərək onlara pensiya məbləğlərinin artdığını deyirlər və artan məbləğin guya pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəyirlər.
"Bəzi KİV-lərdə dələduzların pensiyaçı şəxslərə zəng edərək onlara pensiya məbləğlərinin artdığını bildirməsi, artan məbləğin guya pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəmələri barədə məlumat yayılıb. Həmin zəng edənlərin məqsədi pensiyaçıları aldadaraq onların kartlarından vəsait oğurlamaqdır. Ona görə də pensiyaçıların diqqətinə çatdırırıq ki, heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz və heç kimə də öz kart məlumatlarını verməsinlər. Onu da bildirim ki, pensiya artdığı halda heç bir pensiyaçıya bu barədə evinə zəng edib məlumat verilmir, sadəcə olaraq, artan məbləğ avtomatik şəkildə hesablarına köçürülür", - nazirlik rəsmisi vurğulayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...