Xalq artisti: "2 həftədir küçələrdə qalmışıq"
Ötən ay paytaxt Bakıda yağan güclü yağış nəticəsində Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun yaşadığı Mirzağa Əliyev küçəsi, bina 170 ünvanındakı mənzili yararsız vəziyyətə düşüb.
Xalq artisti məmur özbaşınalığından şikayət edərək, 14 gündür ki, küçələrdə əsir-yesir qaldıqlarını bildirib: “Sabah saat 10:00-da media nümayəndələrini yaşadığımız ünvana dəvət edirəm. Sakinlər narazıdır, bizi köçürmək istəyən sahibkar qadının əlində hər bir sərəncamı var, amma kimlərsə buna imkan vermir. Evimiz qəzalı vəziyyətə düşüb, işğı, qazı kəsiblər və biz də küçələrdə qalmışıq. Nə bizi özləri köçürürülər, nə də imkan vermirlər ki, binanı alan şirkət köçürsün. Əgər bizi köçürə bilmirlərsə, heç olmasa imkan versinlər binanı alan tikinti şirkəti bizi köçürsün. Ölkə başçısı həmişə məmurlara tapşırır ki, sahibkarları incitməyin, amma onlar buna məhəl qoymurlar. Sabah səhər sakinlərlə birlikdə toplaşıb əlaqədar qurumlara müraciət edəcəyik. İnanın ki, 14 gündür ki, küçələrdəyik, belə olmaz. Cənab Prezidentə demək istəyirəm ki, məmurlar burda alver edirlər”.Moderator.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...