XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sabunçunun su altında qalan yolu - FOTOLAR

Sabunçunun su altında qalan yolu - FOTOLAR

Sabunçunun su altında qalan yolu - FOTOLAR
12-12-2019, 13:20

Sabunçu rayonunda sakinlər yolsuzluqdan əziyyət çəkir.
Zabrat qəsəbəsi, Dilarə Əliyeva küçəsinin sakinləri qış aylarında yoldan istifadə edə bilmirlər.

Sakinlər bildirir ki, yağışdan sonra küçədə gölməçələr yaranır və uzun müddət qalır. Dəfələrlə adiyyəti qurumlara və Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, onların şikayətinə baxan olmayıb.

Sabunçu Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildiriblər ki, onlar bu problemə baxmırlar.
Qeyd edək ki, Sabunçu rayonu ərazisində yerləşən əksər küçələrdə yollar bərbad vəziyyətdədir.
Qış aylarında isə bu problem özünü çox qabarıq şəkildə göstərir.
Bir müddət əvvəl Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki yollar haqqında yazdığımız yazıda da Sabunçu Rayon İcra Hakimiyyəti eyni mövqedən çıxış etmişdi.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sabunçunun su altında qalan yolu - FOTOLAR




XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.