SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ƏMDK rəhbərliyi dekabr ayında Quba və Qusarda vətəndaşları qəbul edəcək

ƏMDK rəhbərliyi dekabr ayında Quba və Qusarda vətəndaşları qəbul edəcək

Tarix:

10-12-2019, 15:24

/ 942 dəfə oxundu.
ƏMDK rəhbərliyi dekabr ayında Quba və Qusarda vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi 11 və 14 dekabr tarixlərində vətəndaş qəbulu keçirəcək.


Komitədən verilən məlumata görə, qurumun sədr müavinləri Rüstəm Şahbazov dekabrın 11-də Quba şəhərində, Rafiq Cəlilov isə 14 dekabr tarixində Qusar rayonunda vətəndaş qəbulu keçirəcəklər. Müvafiq olaraq qəbullar saat 10:00-da, Heydər Əliyev Mərkəzlərində baş tutacaq. Sədr müavinləri həmin rayonların sakinlərini fərdi qaydada qəbul edəcəklər.

Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65

Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz ərazi şöbəsi:

(02333) 5-31-62, (02338) 5-24-87

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi:

(02333) 5-26-14, (02338) 5-37-45

Şərhlər

XƏBƏR LENTİ