Abel Məhərrəmov İlahiyyat Məscidindən əl çəkmir
Elektron ünvanımıza daxil olan məlumatda qeyd edilir ki, medianın içtimailəşdirməsindən sonra, Bakı Dövlət Univeristetinin rektoru Abel Məhhərrəmovun İlahiyyat Məscidini sökdürmək planı baş tutmayıb.
Məlumatda o da, vurğulanır ki, İlahiyyat Məscidinin sökülməsi məsələsində bu məsciddə namaz qılan dindarlar , Abel Məhərrəmova bu qədər dəstəyin kimin verdiyini axtarırlar və qeyd edilir ki, məsələnin öz həllini tapmasına baxmayaraq Abel Məhərrəmov İlahiyyat məscidindən əl çəkmir.
Məlumata görə, bu gün günorta namazından əvvəl Məscidə gələn Abel Məhərrəmov indi isə məscidin həyətinə göz salıb. İlahiyyat məscidində Abel müəllimə etiraz edən dindarlar ona deyiblər ki, "Siz heç Allahdan qorxursuz?"
Məlumata görə, BDU-nun rektoru da cavabında deyib ki, onun daha məscidlə işi yoxdur və məscidin aşağısında şəhərciy salınacaq və ona görə şəhərciyə gedən yol məscidin həyətindən keçməlidir.
Məlumata görə, məscidin həyətində İmam üçün tikilən balaca evi də Abel Məhərrəmov sökdürüb və məscidin həyətindən yol keçirmək üçün yenədə məscidə təzyiqlər edir.
"Biz başa düşə bilmirik, Abel müəllimə bu dəstəyi kim verir ki, dövlətimizin məscidin söklüməsinin qarşısını almasına baxmayaraq yenə də Abel müəllim əl çəkmirki çəkmir.Məscidin həyəti osuzda balacadır və cümə günü namaz qılmağa kifayət etmir.
Allah Abel müəllimə insaf versin"-deyə məlumatın sonunda qeyd edilir.
Vətəninfo

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...