Dünya Bankının Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi üzrə görüləcək işlər müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankı arasında əməkdaşlıq özünüməşğulluq proqramını da əhatə etməklə, işsiz və işaxataran şəxslərin kiçik biznesə çıxışına imkan verən bu proqramın genişlənməsinə öz mühüm dəstəyini verəcək.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə Regional direktoru Sebastian Molineus və Dünya Bankının Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə görüşdə bildirib.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə aparılan köklü islahatlar, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində atılan mühüm addımlar barədə məlumat verən nazir aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirildiyini deyib. O, ötən dövrdə nazirliklə Dünya Bankı arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edib. Birgə icra olunan layihələrin əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatlarda önəmini diqqətə çatdırıb.
S.Babayev Azərbaycanda Məşğulluğa Dəstək Layihəsinin özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi, özünüməşğulluğun təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin institisonal potensialının artırılması və s. işlərdə töhfəsini verəcəyini qeyd edib.
S.Molineus və qiymətləndirmə missiyasının üzvləri əməkdaşlıq müstəvisində aparılan işlərlə bağlı fikirlərini bölüşüblər. Görüşdə Dünya Bankının nazirliklə hazırki və gələcək əməkdaşlığına dair fikir mübadiləsi aparılıb, Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi üzrə görüləcək birgə işlər müzakirə olunub.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...