XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanın Ankaradakı səfirliyindən prezidentə şikayət - Müraciət...

Azərbaycanın Ankaradakı səfirliyindən prezidentə şikayət - Müraciət...

Azərbaycanın Ankaradakı səfirliyindən prezidentə şikayət - Müraciət...
5-04-2017, 14:43

Azərbaycanın Ankaradakı səfirliyi Azərbaycan Kültürünü Tanıtma Dərnəyinə aid məkanın fəaliyyətinə mane yaradır.
Uzun müddətdir ki, 2014-cü ildə Azərbaycan Kültürünü Tanıtma Dərnəyinə bələdiyyə tərəfindən icarəyə verilən ictimai obyektin fəaliyyətinə problem yaradılır. Nəticədə Ankara Şəhər Bələdiyyəsi Kültür Evinin bağlanması barədə qərar çıxarıb. Lakin bələdiyyə üzvləri bu qərarın verilməsində Azərbaycan səfirliyinin basqısının rolu olduğunu vurğulayırlar.
Qeyd edək ki, Ankaradakı Heydər Əliyev parkında yerləşən sözügedən Kültür Evi Azərbaycan tarixini, mədəniyyətini, mətbəxini tanıtmaqla yanaşı, mütəmadi olaraq torpaqlarımızın ermənilər tərəfindən işğal tarixlərini, Xocalı Soyqırımını, xalqımızın milli mübarizəsini təbliğ edən tədbirlər keçirir, habelə azərbaycanlı tələbələrə dəstək göstərir. Lakin ictimai obyektin başqa iş adamı tərəfindən ələ keçirilmək istəyi onların fəaliyyətini əngəlləyir.
Azərbaycan sevdalılarının şəxsi vəsaiti hesabına ərsəyə gətirilən Kültür Evi fəaliyyətində heç bir maliyyə məqsədi güdmür və heç bir yerdən maliyyələşmir. Özlərinin dediyi kimi, onlar könüllü şəkildə Azərbaycan naminə əmək verirlər.
Kültür Evinin rəhbəri Hüseyin Ayhan danışaraq yaradılan problem barədə geniş məlumat verib və məsələyə həssaslıq göstərilməsini diləyib. O, xüsusilə Azərbaycanın dövlət başçısı İlham Əliyevə müraciət edərək ondan Kültür Evinin fəaliyyətini davam etdirmək üçün yardım istəyib: “Biz sizin ədalətinizə güvənirik. Yardımınızı bizdən əsirgəməyin”.
Xeber365.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.