Bakıya təyyarə taksilər işləyəcək
Təyyarə taksi 5 nəfərlikdir
Gürcüstanda məşhur olan “Adjara Group Hospitality” (Adjara qonaqpərvərlər qrupu) yeni Aviator aviataksilərin istismarına başlayıb."Qruziya online"a istinadla verdiyimiz məlumata görə, yeni aviataksilər həm daxili, həm də beynəlxalq reyslər həyata keçirəcək.
"Beechcraft king Air C90 GTx" taksi təyyarələri Tiflis beynəlxalq aeroportundan Gürcüstanın bütün yerli aeroportlarına, eləcə də, Bakı, İrəvan, İstanbul, Trabzon və digər regionlara uçuşlar həyata keçirəcək. Kompaniya gələcəkdə reyslərin sayının artırılmasını və yeni təyyarə parkının yaradılmasını nəzərdə tutub.
Yeni, müasir tipli avadanlıqla tam təchiz olunmuş təyyarə 5 nəfər sərnişin üçün nəzərdə tutulub. Uçuş zamanı sərnişinlərin təhlükəsizliyi, biznes-klasslara cavab verən bütün tələblər yerinə yetiriləcək.
"Adjara Group Hospitality" Gürcüstanın turizm sektorunda fəaliyyət göstyərən ən iri şirkətlərdən biridir. Hazırda adıçəkilən şirkət ölkədə 3 otel idarə edir. Şirkət yerli bazara 7 il öncə daxil olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək