Araz marketdən alınan məhsulun içindən paslı dəmir çıxdı – FOTO
Araz Supermarketlər Şəbəkəsinin metronun “Neftçilər” stansiyası yaxınlığındakı mağazasından alınan paketlənmiş zirincin içindən paslı dəmir çıxıb.
Pravda.az xəbər verir ki, vətəndaş bu barədə sosial şəbəkədə məlumat yayıb.
“Zirincin paketini açdıqdan sonra birbaşa yemək qazanına əlavə edəcəkdim, yaxşı ki, qaşıqla götürmək ağlıma gəldi, yoxsa bu paslı dəmir qazana düşəcəkdi”- şikayətçi qeyd edib.
Araz Supermarketlər Şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Billurə Əmirova məsələyə münasibət bildirib: “Bizi məlumatlandırdığınız üçün təşəkkür edirik. Təəssüf ki, belə halla qarşılaşmısınız. Məlumat üçün bildirim ki, bu məhsul “Ləziz çərəz” firmasına məxsusdur. Araz marketin daxilində icarə şərtləri ilə məhsullarının satışını həyata keçirirlər. Paketləmə də həmin şirkətə aiddir. Şikayətiniz əsasında, artıq tədarükçüyə məlumat verildi. Araşdırılır”.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək