SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qazilər deputatlara müraciət etdi: - "Qarabağ əlillərinin sığorta pulu ödənilsin"

Qazilər deputatlara müraciət etdi: - "Qarabağ əlillərinin sığorta pulu ödənilsin"

Tarix:

19-11-2019, 17:47

/ 941 dəfə oxundu.
Qazilər deputatlara müraciət etdi: - "Qarabağ əlillərinin sığorta pulu ödənilsin"

Məlum olduğu kimi Milli Məclisdə 2020-ci ilin büdcə layihəsi müzakirə olunur. Büdcə layihəsi artıq ikinci oxunuşda qəbul olunub, sonuncu oxunuşun müzakirələri gedəcək.

Qaziler.az-ın məlumatına görə, "Qarabağ qaziləri" İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib əlil olmuş Qarabağ əlillərinin - hərbi qulluqçuların şəxsi icbari sığortasının ödənilməsi ilə bağlı millət vəkillərinə müraciət edib.

"Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev bildirir ki, 1997-ci ilə qədər olan Qarabağ əlilləri, şəhid ailələri sığorta pulunu ala bilmirlər. Bunun səbəbi isə qanunun 1997-ci ildən bu günə kimi olan əlil və şəhid ailələrinə şamil edilməsidir. Bu PROBLEM qalmaqdadır. Şəhid ailələrinin və Qarabağ əlillərinin sığorta pulu verilmir. Bildiyiniz kimi şəhid ailələrinin də sığorta pulu verilmirdi. Ötən ildən ölkə Prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən şəhid ailələrinə 11 min manat "qanpulu" - birdəfəlik ödəmələr verilməyə başladı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırda da bunu icra edir. Artıq bu işin cari ilin sonuna qədər tamamlanacağı gözlənilir. Yeri gəlmişkən, şəhid ailələrinə uzun illərdən sonra sığorta pulunun ödənilməsi haqda sərəncama görə Prezidentə təşəkkür edirik.

O zaman "Qarabağ qaziləri" İctimai Birliyinin mərhum sədri Etimad Əsədov təklif etmişdi ki, öncə şəhid ailələrinin sığorta pulu ödənildikdən sonra Qarabağ əlillərinin "qanpulu" ödənilsin. Çünki səlahiyyətli qurumlar bunun böyük vəsait olduğunu bildirmişdilər.

Bu proses başa çatmaq üzrədir. Dövlət büdcəsi müzakirə olunur. Biz millət vəkillərindən xahiş edirik ki, növbəti ilin dövlət büdcəsi layihəsinin müzakirəsində Qarabağ əlillərinin "qanpulu" məsələsinə baxılsın".

Qeyd edək ki, şəhid ailələri üçün 11 min manat, I qrup Qarabağ əlilləri üçün 8800 manat, II qrup Qarabağ əlillər üçün 6600 manat, III qrup Qarabağ əlilləri üçün 4400 manat "qanpulu" nəzərdə tutulub.

Şərhlər

XƏBƏR LENTİ