Gəncədə istiqlal şairinin xatirə lövhəsi yoxa çıxıb
- 18-11-2019, 13:52
- 757
Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, tarixi binanın fasadı 2017-ci ildə şəhər İcra Hakimiyyəti tərəfindən təmir edilərkən xatirə lövhəsi götürülüb. Və həmin müddətdən bu günə qədər lövhə öz yerinə qaytarılmayıb.
Əsərləri dövlət varidatı elan edilən, repressiya qurbanı olan şair Əhməd Cavad 1906-cı ildən ömrünün sonuna qədər Gəncədə bu evdə yaşamışdır. Azərbaycan Dövlət Himninin sözlərini də məhz bu evdə yazmışdır.
Ümid edirik ki, Azərbaycanın görkəmli yazıçısı və ictimai xadimi Əhməd Cavadın xatirə lövhəsinin bərpası ilə bağlı məsələyə aidiyyatı qurumlar tərəfindən ölçü görüləcək.
Bia.az