"Belə vəziyyətdə adam sağ qala bilər?" - GİLEY
Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan 1949-cu il təvəllüdlü, iqtisadçı-professor Müstəcab Səfərov oktyabrın 23-də vəfat edib. DİA.AZ bildirir ki, bu barədə mərhumun oğlu Aqil Səfərov məlumat verib.
Aqil Səfərov atasının kəskin ürək çatışmazlığından öldüyünü deyir: “Onu gecəylə Böyük Şor qəsəbəsində yerləşən Müalicə Müəssisəsindən hospitala gətiriblər, kəskin ürək çatışmazlığı keçirən adamı ayaqüstə hospitala gətiriblər. Belə vəziyyətdə adam sağ qala bilər?”
Aqil Səfərov deyib ki, atası bu il, fevralın 22-də Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunaraq saxlanılıb:
“Atamın 70 yaşı vardı, bu yaşda xəstə adamı dələduzluq ittihamı ilə həbs etdilər, şər-böhtan idi. Guya atam 2011-ci ildə sənədsiz şəkildə bir qadından 250 min dollar pul alıb. Təsəvvür edirsiniz, ötən 8 ildə atam barəsində hüquq-mühafizə orqanlarına müraciət olunmayıb, ancaq gözlənilmədən atamı həbs ediblər. Onun həbsindən sonra Prezident Administrasiyasında Fuad Ələsgərovun qəbulunda oldum, ancaq işdə heç bir dəyişiklik olmadı“.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...