"Nar" karyera sərgisində iştirak edib
Azərbaycanın mobil rabitə operatoru “Nar”, Bakı Şəhər Halqası Əməliyyat Komitəsi (BŞH) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") birgə təşkil etdiyi karyera sərgisində iştirak edib...
Şirkətdən verilən məlumata görə, artıq ikinci ildir ki, "Geniş imkanlara kiçik addımlarla” devizi altında keçirilən sərgidə mobil operator hazırda mövcud olan vakansiyalarını təqdim edib. 30-a yaxın şirkətin də iştirak etdiyi sərgidə “Nar” stendinə maraq böyük olub. Gənclərin daha çox diqqətini çəkən isə müxtəlif departamentlərdə özünü sınamağa imkan verən yay təcrübə proqramları olub.
Karyera yarmarkasının keçirilməsində məqsəd gənclərin şəxsi inkişafına və onların uğurlu karyera qurmasına töhfə verməkdir. Eyni zamanda, ölkənin aparıcı şirkətlərində çalışan İnsan Resursları mütəxəssisləri ilə ünsiyyət gənclərə düzgün karyera istiqaməti seçməkdə kömək edir.
Qeyd edək ki, oktyabrın 30-da keçirilmiş sərgini 1 000-dən çox gənc ziyarət edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...