SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gizlədilən bir avtoqəzanın ilginc təfərrüatlar - Şəmkirin icra başçısı ölümdən dönüb

Gizlədilən bir avtoqəzanın ilginc təfərrüatlar - Şəmkirin icra başçısı ölümdən dönüb

Tarix:

3-04-2017, 09:51

/ 5 502 dəfə oxundu.
Gizlədilən bir avtoqəzanın ilginc təfərrüatlar - Şəmkirin icra başçısı ölümdən dönüb

Alimpaşa Məmmədov və iki oğlu ölümün pəncəsindən necə qurtulub, Bakıya gizli şəkildə göndərilən ağır yaralı kimdir? Şahidlər deyir ki...

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov avtoqəzaya düşüb.

Başçının olduğu avtomobildə özündən başqa 2 oğlu da olub. Sükan arxasında isə sürücü deyil, icra başçısının köməkçisi olub.

Maraqlıdır ki, dəhşətli qəza dərhal ört-basdır edilib. Lakin başçının qəza keçirməsi xəbəri qısa zamanda Şəmkirə yayılıb. Qəza anından az sonra ərazidən keçənlər icra başçının olduğu maşının foto və videosunu da çəkə biliblər. Bu haqda redaksiyamıza daxil olan xəbərdə deyilir ki, qəza martın 25-də, Şəmkir Su-Elekrik Stansiyasından rayon mərkəzinə gedən yolun Yeniabad kəndi ərazisindən keçən hissəsində, günorta 2-3-də radələrində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, başçının köməkçisi Mahir Əliyevin idarə etdiyi Az 57 AA 001 dövlət nömrə nişanlı, qara rəngli “Tayota Land Cruiser” markalı avtomobil qəfil və yüksək sürətlə qarşı yola çıxıb. Həmin vaxt qarşı yolda Mingəçevirin Əzizbəyov küçəsi 12 ünvanında qeydiyyatda olan 1947-ci il təvəllüdlü Həsən Əvkər oğlu Hüseynov özünə məxsus “Qaz - 31" markalı avtomobillə hərəkətdə imiş. H.Hüseynovun sükan arxasında professional davranışı dəhşətli qəzanın ölümsüz sonuclanmasına səbəb olsa da, onun özü ağır bədən xəsarətləri alıb. Dəhşətli toqquşma anında başçının olduğu maşında təhlükəsilzik yastıqları açıldığından A.Məmmədov, 2 övladı və köməkçisi yüngül əzilmələrlə canlarını qurtarıblar.

Avtomobildən düşən A.Məmmədovun köməkçisinin ilk işi qarşı maşındakı sürücünün sağ olub-olmamasını yoxlamaq olmayıb. M.Əliyev dərhal idarə etdiyi maşının nömrə nişanlarını açıb. Bunu ona görə ediblər ki, qəzanın baş verməsini sonradan ört-basdır edə bilsinlər. Elə belə də olub.

Ötən 1 həftədən çox müddət ərzində olay geniş ictimaiyyətdən gizlədilib. Qəzadan sonra dağılıb sıradan çıxan “Qaz-31" markalı maşının sürücüsünü isə əraziyə gələn təcili tibbi yardım əməkdaşları aparıblar. Sürücünün onurğası zədələnib, bazu sümüyü sınıb. Onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Orada ilkin tibbi yardım göstərilib, qeydiyyata alınıb. Bundan sonra Alimpaşa Məmmədovun göstərişi ilə gecə yarısı H.Hüseynovu Şəmkir Rayon Mərkəzi Xəstəxanasından çıxarıb Bakıya, özəl klinikalardan birinə aparıblar.

Verilən məlumatda qeyd olunur ki, A.Məmmədovun göstərişi ilə qəza digər avtomobilin sürücüsü - yəni H.Hüseynovun xətası üzündən baş verdiyi kimi rəsmiləşdirilib. Günahı digər nəqliyyat vasitəsi sürücüsünün üzərinə yıxıblar. Sənədləşmədə elə göstərilib ki, guya qəzaya səbəb digər sürücü olub.

Hadisə yerində olanlar deyirlər ki, əslində “Qaz-31" markalı avtomaşının sürücüsü qəzadan yayınmaq üçün yoldan belə çıxıb, lakin başçının olduğu və yüksək sürətlə hərəkətdə olan maşından yayına bilməyib. Sürücünün özünü itirməməsi həm də onun həyatını xilas edib. Ağır bədən xəsarətləri alsa da, dəhşətli qəzadan o da sağ çıxıb. Hadisə şahidləri deyir ki, Alimpaşa Məmmədovu, övladlarını və başabəla köməkçisini dəhşətli qəzadan xilas edən maşının təhlükəsizlik yastıqları olub. Şahidlərin sözlərinə görə, əgər yastıqlar vaxtında açılmasaydı, qəza başçı və onunla birgə nəqliyyat vasitəsində olanlar üçün acı sonluqla bitə bilərdi.

Qəzadan sonra məlum olub ki, başçı övladları və köməkçisi ilə birgə Şəmkir Su-Elektrik Stansiyasının yaxınlığındakı elit istirahət zonasından, oradakı Kür qəsəbəsindəki restoranlardan birindən gəlirmişlər. Başçı Novruz bayramı ilə əlaqədar tətil günlərində ona baş çəkməyə gələn övladları ilə birgə gəzintiyə çıxıbmış. Qəzadan sonra icra başçısı köməkçisi M.Əliyevin sürücü olaraq xidmətlərindən istifadə etməyi tərgidib. Dövlətin vəsaiti hesabına alınan avtomobil isə hazırda təmirdədir.

Avtoqəza ört-basdır olunduğundan A.Məmmədov hazırda qəzada zədələnən “Tayota Land Cruiser” markalı avtomobilə bənzəyən digər nəqliyyat vasitəsindən istifadə etməyə başlayıb. Bakıda müalicə olunan Həsən Hüseynovun sağlıq durumunun orta-ağır olduğu bildirilir.

Məsələ ilə bağlı A.Məmmədovun mövqeyini də dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ