SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kərəm Həsənovun məmur qohumu qız evinə basqın edib- Foto

Kərəm Həsənovun məmur qohumu qız evinə basqın edib- Foto

Tarix:

21-10-2019, 00:06

/ 867 dəfə oxundu.
Kərəm Həsənovun məmur qohumu qız evinə basqın edib- Foto

Ötən həftə sosial şəbəkələrdə dolaşan bir xəbər ciddi rezonans doğurdu

Cahan.info xatırladır ki, “Made in Azerbaijan” səhifəsində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qohumu haqda ittiham cavabsız qaldı.

İddia olunurdu ki, komitə sədrinin əmisi oğlu İlqar Həsənov Cəlilabadda bir qızın evinə basqın edib. Məmurun qohumu evə zorla daxil olub ki, həmin qızdan xoşu gəlir, onun olmalıdır.

Hadisənin konkret hansı ərazidə baş verdiyi açıqlanmır. Lakin iddia edilir ki, kənd camaatı haray-həşirə gəlib, qızı müdafiə ediblər.

Amma K.Həsənovun əmisi oğlu İ.Həsənova bata bilməyiblər. Deyilənə görə, komitə sədrinin qohumu qızın yaşadığı ünvana polisləri cəlb edib.

Ona görə də gərginlik yaşanıb. Polislərin və İ.Həsənovun fotosu da sosial şəbəkəyə yerləşdirilmişdi.

Ancaq yayılan iddialarla bağlı heç bir açıqlama verilməyib. Bu da istər-istəməz Kərəm Həsənovun adının ona aid olmayan hadisədə hallandırılmasıdır.

Komitə sədri prezidentin tapşırıqlarını yerinə yetirməlidir, əmlak məsələləri ilə məşğul olmalıdır, amma əmisi oğlu qalmaqal yaradır, xoşuna gələn qızın evinə hücum edir və onun adı xoşagəlməz işdə çəkilir.

Görünür ki, K.Həsənov əmisi oğluna səlahiyyət verib, onu arxayınlaşdırıb ki, istədiyi harınlığı edə bilsin.

Azərbaycanda qız qaçırmaq cinayət məcəlləsində adam oğurluğu kimi tövsif olunur. Ölkədə son vaxtlar qız qaçırmaq, qadına zorakılıq halları artıb.

Bu məişət zorakılığı ilə bağlı hüquq müdafiəçiləri, ziyalılar, mətbuat narahatlığını, tənqidləri dilə gətirir, ictimai qınaq var.

Amma bu hadisə göstərir ki, məişət zorakılığı təkcə adi adamlar yox, məmurlara yaxın şəxslər tərəfindən də tətbiq olunur.

Bütün hallarda axşam saatlarında kənd yerinə polislə getmək, xoşuna gələn qızın ailəsini narahat etmək, sakinləri qəzəbləndirmək yaxşı hal deyil, milli mentala, adətlərimizə zidd hərəkətdir.

Təəssüf ki, Kərəm Həsənovun əmisi oğlu İlqar Həsənov belə bir işə yol verib, qohumunun dövlət məmuru statusu daşıdığını nəzərə almayıb, məsuliyyətsizlik edib. O, komitə sədrinə güvənir ki, əməlinə görə “gözün üstə qaşın var” deyən olmayacaq.

Lakin prezident dəfələrlə məmurlara və onların yaxınlarına xəbərdarlıq edib ki, harınlıq, qudurğanlıq etməsinlər. Buna görə məmurlar işdən qovulacaq, yaxınları həbs ediləcək.

Amma nədənsə həm komitə sədri susur, həm İ.Həsənov...Hər bir halda onun adıın bu məsələdə çəkilməsi yaxşı deyil və bunu düşünməlidirlər.

Qeyd edək ki, Kərəm Həsənovun əmisi oğlanları - İlqar və Şirməmməd Həsənov qardaşlarıdır. Bir müddət əvvəl onların əlindən Cəlilabad rayonu Yeni Günəşli kənd sakini Hüseyn Malıyev cana gəldiyini bildirmişdi.

Sitat: “Mənim evimin yanında Şükufə, Azadxan adlı adamlar oğluna ev tikib. Bu adamlar bizim maşın yolumuzu kəsiblər.

Azadxanın qızı Kərəm Həsənovun əmisi oğlu Şirməmmədin yoldaşıdır. Bunlar deyirlər ki, biz Kərəmə arxalanırıq.

İşıq, qaz xətti də onun həyətində qalıb. Bu, haqsızlıqdır. İcra nümayəndəsi İlqar Həsənov da onlara arxa durur. Təsəvvür edin, yol ilə maşın gedə bilmir. Dillənən kimi, deyirlər biz Həsənovlara arxayınıq”.

Bu şikayətdəki məlumatdan belə aydın olur ki, İlqar Həsənov icra nümayəndəsidir. Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.


Şərhlər

XƏBƏR LENTİ