İşəgötürənlərin nəzərinə
İşəgötürənlərin nəzərinə!
Nazirlik işəgötürənlərin işçi qüvvəsinə dair tələbatının öyrənilməsi üçün e-sistemdə sorğu keçirir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərin cari və perspektiv planda işçi qüvvəsinə dair tələbatının öyrənilməsi məqsədilə nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə sorğu keçirir.
E-sistemdə təqdim edilən sorğu anketində işəgötürən ilk növbədə sorğuda iştiraka dəvət edilir. Ona “Müəssisə və ya təşkilatınızın cari və perspektiv inkişafı üçün peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatı var?” sualı, bu suala müsbət cavab verildikdə isə “Müəssisə və ya təşkilatınızın cari və perspektiv inkişafı üçün hansı peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatı var?” sualı təqdim edilir. Bundan sonra işəgötürən məşğulluq təsnifatı üzrə təqdim edilən siyahıdan onun üçün hansı peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələb yaranacağını qeyd edərək sistemə daxil edir.
Hazırda işəgötürənlər tərəfindən sorğunun cavablandırılması prosesi davam edir.
Sorğunun nəticələri əsasında istehsal və xidmət sahələrində yaxın və ortamüddətli dövrdə işçi sayında hansı dəyişikliklərin gözlənildiyi, hansı peşə və ixtisaslara, əmək bacarıqlarına malik işçi qüvvəsinə tələbatın artacağı barədə real vəziyyəti əks etdirən məlumatlar əldə olunacaq. Bu da nazirlik tərəfindən əmək bazarı proqramlarının, həmçinin peşə hazırlığı və yenidənhazırlıq tədbirlərinin işəgötürənlərin işçi qüvvəsinə tələbatına daha uyğun şəkildə, məqsədyönlü hazırlanması və həyata keçirilməsi işlərində önəmli rol oynayacaq.
İşəgötürənləri “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil olaraq, qeyd edilən sorğuda aktiv iştiraka dəvət edirik.
XalqXeber.Az




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...