Şirkət rəhbəri müştərilərindən aldığı pulları götürərək Bakıya qaçıb
Rusiyanın Altay vilayətində fəaliyyət göstərən “Hot Tur” turizm firmasının direktoru müştərilərinə qarşı dələduzluq əməlinə yol verib və Bakıya qaçıb.
Rusiya mənbələrinə istinadən xəbər veririk ki, firmanın direktoru Olesya Şaxtorinanın işləri əvvəlcə yaxşı gedib, o, Altay vilayətinin sakinlərinə isti ölkələrə “putyovkalar” satıb və müştəriləri firmadan razılıq ediblər. Amma rublun məzənnəsi aşağı düşməyə başlayanda firmanın müştəriləri də azalıb. Bu zaman Şaxtorina müştərilərə “atmağa” başlayıb.
Əvvəlcə firmadan turpaket alan müştərilər gün məsələsində aldadılıblar, onlar 10 günlük paket alsalar da cəmi 7 gün dincələ biliblər. Yaxud müştərilərdən dördulduzlu otel üçün pul alınsa da onları 3-ulduzlu otellərə yerləşdiriblər. Daha sonra isə müştərilərə ümumiyyətlə “atıblar”-onlardan pul alsalar da turpaket verməyiblər.
Nəticədə müştərilər hüquq-mühafizə orqanlarına şikayət edib və Şaxtorinanın barəsində bir neçə ay əvvəl cinayət işi qaldırılıb. İş üzrə cəmi 12 zərərçəkən var, onlara dəyən ziyan 2 milyon rubldan yuxarıdır.
Polislər əvvəlcə firmanın təsisçisini-Şaxtorinanın ərini dindiriblər. O, firmanın işlərində iştirak etmədiyini, dələduzluqdan xəbərsiz olduğunu bildirib. Olesya isə çemodanlarını yığıb və iki uşağını da götürərək Azərbaycana “istirahətə” yollanıb. 2019-cu il sentyabrın əvvəllərindən o, Xəzər sahilindəki kurortlardan birindədir və geri qayıtmağa hazırlaşmır.
virtualaz.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...