SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Polimer Materialları İnstitutunun ərazisini kim və necə satdı?

Polimer Materialları İnstitutunun ərazisini kim və necə satdı?

Tarix:

9-10-2019, 10:25

/ 855 dəfə oxundu.
Polimer Materialları İnstitutunun ərazisini kim və necə satdı?

Son illərdə respublikamızda gənclər şəhəri kim tanıdığımız Sumqayıtda görulən quruculuq,abadlıq işləri sakinlərin ürəyincə olsa narazılıq yaradan nüanslar da az deyil. Bu barədə dövri mətbuatda vaxtaşırı narazılıqlarla dolu yazılar da dərc olunur. Sözügedən yazılarda sakinlər daha çox şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun özbaşına əməlləri, kiçik və orta sahibkarlara qarşı yaradılan süni maneələr qabardılır, abadlıq və quruculuq işlərinin aparılmasında sahibkarlara vurulan ziyanlardan söhbət açılır. Son vaxtlar Sumqayıt şəhərində tikilən və tikilməkdə olan hündürmərtəbəli binaların yerlərinin də məhz Zakir Fərəcov tərəfindən satıldığ barədə məlumatlarlar dolaşmaqdadır. Aktualinfo.org-a verilən ilginc məlumatlarda isə Zakir Fərəcovun deyil Sumqayıt şəhərindəki Polimer Materialları İnstitutunun ərazisinin bir neçə il öncə tikinti şirkətlərindən birinə satılması ilə bağlıdır.

Məlumatlara görə Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov bu institutda 2016 cı ildəın rəhbərlik edir. Vəzifəı başına gələr gəlməz Sumqayıt şəhərində I mikrorayonda, Səməd Vurğun küçəsində yerləşən institutun ərazisini və qazanxanasını tikinti şirkətinə satıb. Əvəzində isə iki, biri 2 otaqlı,digəri isə 3 otaqlı olmaqla mənzil alıb. Məlumatlara görə ilk vaxtlar Bəxtiyar Məmmədov işçilər arassında söz-söhbətlərin yayıldığını görüb mənzillərin institutun qonaq evi olduğunu qələmə verib. Hazırda isə həmin mənzillərdə,3 otaqlıda oğlunun 2 otaqlıda isə özünün yaşadığı bildirilir. Redaksiyamıza verilən məlumatlara görə Bəxtiyar Məmmədov hazırda başqa bir tikinti şirkəti ilə danışıqlar aparır. Yaxınlarda institutun ərazisuində yeni hündürmərtəbəli bir yaşayış kompleksinin tikintisi də gözlənilir. Qeyd edək ki institutun ərazisində geniş yaşıllıq zonası mövcuddur ki, bu çoxillik ağacların məhv edilməsi üzərində hazırda işlər gedir. Maraqlıdlır görəsən Bəxtiyar Məmmədov buradan neçə mənzil almağı planlaşdırır. Qeyd etmək lap yerinə düşər ki hazırda institutda illlərlə çalışanların mənzili olmadığı halda direktorun belə qısa müddətdə bir neçə mənzil almasına Milli Elmlər Akademiyasında necə baxırlar? Daha maraqlısı isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bu alqı-satqı əməliyyatlarında kənarda qalmasıdır. Görəsən həqiqətənmi Zakir Fərəcov bir icra başçısı olaraq Polimer Materialları İnstitutunun ərazisinin satılmasında sadəcə seyrçi rolunu oynayır? Yoxsa adətinə uyğun olaraq bir kənarda durub kimləri isə qabağa verməklə öz işini görür. Bunu da zaman göstərəcək. Mövzuya qayıdacağıq.

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ