SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abşeron Telekommunikasiya Qovşağından şikayətlər davam edir-FOTO

Abşeron Telekommunikasiya Qovşağından şikayətlər davam edir-FOTO

Tarix:

28-09-2019, 12:50

/ 1 685 dəfə oxundu.
Abşeron Telekommunikasiya Qovşağından şikayətlər davam edir-FOTO

Bir neçə gün bundan əvvəl Bolgexeber.com -da Abşeron sakinlərinin şikayəti əsasında Abşeron Telekommunikasiya Qovşağının rəisindən bəhs edən yazı dərc olunmuşdur.
“Sakinlər Abşeron Telekommunikasiya Qovşağının rəisindən nazirə şikayət edirlər”adlı yazıda bildirilir:

““Abşerontelekom”un gördüyü işlərdən biri də optik kabel çəkilişidir ki, Mikayıl Babayev vəzifəli şəxslərə,imkanlı şəxslərə bu işi 2500 manata görür.

Bolgexeber.com bildirir ki,son zamanlar Abşeron rayon Telekommunikasiya Qovşağından vətəndaşların şikayəti çoxalıb. Buna səbəb kimi də bir müddət əvvəl “Abşerontelekom”a rəis vəzifəsinə təyin olunan Mikayıl Babayevin fəaliyyəti göstərilir.Xatırladaq ki, 2007-ci ildən 2015-ci ilin aprel ayına kimi olan dövrdə Xəzər rayon, həmin ilin aprel ayından isə Sabunçu Telefon qovşağının baş mühəndisi vəzifəsində işlədiyini bildirib. Mikayıl Babayev Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB), vaxtilə Şirvan şəhər Telekommunikasiya Qovşağında rəis işləyən zaman da abonetlər,şirkətlər ondan narazılıq edib. Belə ki, “Abşerontelekom” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Mikayıl Babayev vaxtilə Şirvan şəhər Telekommunikasiya Qovşağında rəis əvəzi vəzifəsində çalışarıb də şirkətin fəaliyyətinə əngəl yaradıb. Onun səyləri nəticəsində Şirvanda müştərilər oğurlanaraq “Aztelecom” provayderə keçiriliblər.Bu yaxınlarda isə mətbuatda Avirtel şirkətinin şikayəti dərc olunmuşdur. “Hazırda Abşeron rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsində çalışan Mikayıl Babayev şirkətin fəaliyyətinə süni maneələr törədir. Onun “səyləri” nəticəsində abunəçilərimizin sayı son bir neçə ildə təxminən 4 dəfə azalaraq, 2500-dən 700-ə düşüb.

Mikayıl Babayevin göstərişi ilə avadanlıqlara birbaşa müdaxilə edilir, internet xidməti dayandırılır, istifadəçilərə zəng edilərək Avirtel şirkətinin bağlandığı, “Aztelecom” provayderə keçmək məsləhət görülür. Avadanlıqlarımız tez-tez söndürüldüyü üçün istifadəçilər Avirtelə güvənmir, bu da şirkətə maddi ziyan vurmaqla yanaşı, onun reputasiyasına da ciddi xələl yetirir”,-yazıda bildirilir.
Mənbə bildirir ki,Mikayıl Babayev Abşeron rayon Telekommunikasiya Qovşağının (TQ) rəisi vəzifəsinə təyin olunan kimi özü ilə köhnə komandanı yığıb gətirib,həmin 3 nəfəri şöbə rəisləri təyin edib.
“Abşerontelekom”un gördüyü işlərdən biri də optik kabel çəkilişidir ki, Mikayıl Babayev vəzifəli şəxslərə,imkanlı şəxslərə bu işi 2500 manata görür.
Özü də bu iş yeyinti ilə görülür.Belə ki,çəkiliş üçün ən uzun məsafə 300 metr olduğu halda 600 metr kabel çəkilir ki,bununla büdcədən külli miqdarda pul silinir.
Abşeron rayon Telekommunikasiya Qovşağından edilən çoxaylı şikayətlərdən biri də Bolgexeber.com-a Abşeron sakinləri tərəfindən daxil olub.

Məsələn , Abşeron rayonu Atyalı yaşayış massivi sakini Niyaməddin Muradov dəfələrlə evinə telefon və internet çəkilməsi üçün müraciət etsə də ona imtina edilib,deyilib ki,məsafə çoxdur,çəkə bilmərik.Halbuki ,bu məsafə uzağı 50 metrdir.Massivdə yaşayan 50-yə yaxın sakin də yaxınlıqda telefon blok xətti olsa da və baxmayaraq ki, dəfələrlə müraciət etsələr də onlara da telefon xətti 7 ildir çəkilmir.Bu səbəbdən sakinlər Abşeron rayon Telekommunikasiya Qovşağından şikayətçidirlər.
Amma ərazidən uzaqda yaşayan imkanlı şəxslərə tez bir zamanda xətt çəkilir.Təbii ki, böyük pul müqabilində.Qanuni yolla telefon xətti çəkdirmək istəyən sakinlərə isə Abşeron rayon Telekommunikasiya Qovşağının yerli əməkdaşları deyirlər ki,”kabeli özünüz alın,xərci ödəyin,sonra xətt çəkək”.
Qobu sakini Əlibarat Şükürov da neçə illərdir ki,bu özbaşınalığa görə əziyyət çəkir,uzun illərdir ki,evinə telefon,internet xətti çəkdirə bilmir.

Qurtuluş 93 Yaşayış Kompleksinin sakinləri də anoloji problemi yaşayırlar.Bu yaşayış massivində də telefon blokları quraşdırıldığı halda və bloklar ərazidən cəmi 70 metr məsafədə olduğu halda optik kabel çəkilişi üçün onlardan qanunsuz olaraq 300 manat istəyirlər.
Bu səbəblərdən şikayətçi vətəndaşlar Mikayıl Babayevdən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə şikayət edəcəklərini bildirdilər.
Yaxın zamanlarda Bölgə TV-nin əməkdaşları problemlə bağlı ətraflı reportajlar hazılayıb oxuculara təqdim edəcəklər”.
Lakin yazı dərc olunmasına baxmayaraq sakinlərin problemi indiyəcəndə həll olunmayaraq qalmışdır,problemə məsul şəxslər tərəfindən reaksiya olmamışdır.Bu haqda redaksiyaya 20-yə yaxın Abşeron sakini tərəfindən göndərilən yeni şikayət məktubunda deyilir.Vətəndaşlar bildirirlər ki, Abşeron Telekommunikasiya Qovşağının fəaliyyətsizliyi və Mikayıl Babayevin vətəndaşların probleminə qarşı etinasızlığı və qanunlara qarşı sayğızıslığı davam edir.Vətəndaşlar bununla bağlı artıq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə də müraciət hazırladıqlarını qeyd ediblər:
“Bildiririk ki,biz 20-yə yaxın Abşeron sakinləri dəfələrlə Abşeron Telekommunikasiya Qovşağının rəisi Mikayıl Babayevə müraciət etmişik ki, yaşadığımız Atyalı yaşayış massivinə və digər yaxın yaşayış yerlərinə internet və telefon xətti çəkilsin.10 ildən çoxdur ki,bu ərazidə yaşayırıq,amma yaşadığımız yerdə nə internet,nə də telefon xətti var.Sizdən xahiş edirik bu problemimizi işıqlandırın .Bununla bağlı biz nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə də müraciət hazırlamışıq”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


Şərhlər

XƏBƏR LENTİ