"Bakcell” qadınların məşğulluğunun artırılmasına dəstək olur
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi "Bakcell" şirkətinin dəstəyilə həyata keçirilən növbəti layihə regionlarında yaşayan qadınlara öz bizneslərini qurmaq üçün zəruri bilik və bacarıqlara yiyələnməkdə kömək edir.
“İnformasiya texnologiyaları vasitəsilə Salyan və Sabirabadda qadınların liderlik bacarığının artırılması” layihəsinin əsas məqsədi adıçəkilən rayonlarda qadınları İKT alətləri ilə tanış etmək, bu sahədə onların bilik və bacarıqlarını artırmaq və yeni texnologiyalar vasitəsilə qadınların liderlik bacarıqlarının inkişafına dəstək göstərməkdir. Bu məqsədlə qadınlar üçün “Şəbəkələşmə”, “Məşğulluq, peşə və əlavə gəlir”, “Karyera planlaması”, “Daxili motivasiya və hədəflərinə çatma” və digər mövzularda seminar və vebinarlar təşkil olunub. Layihə çərçivəsində yaradılan www.azqrm.net portalında bacarıqların artırılması ilə bağlı vebinarlar və fərdi inkişafla bağlı digər faydalı məlumatlar yerləşdirilib. Bu portal vasitəsilə hər iki rayonun QRM üzvləri Mərkəzə gəlmədən məşğulluq və bizneslə məşğul olmaqla bağlı məlumat mübadiləsi apara biləcəklər.
Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən yaradılmış Sabirabad Qadın Resurs Mərkəzinin nəzdində yaradılan “Sabirabadda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin “Bakcell”in dəstəyi ilə icra etdiyi layihə Sabirabadda 95, Salyanda isə 84-dən çox iştirakçını əhatə edib. Onlardan 6 nəfəri yaşadıqları rayonlarda şəxsi bizneslərinə başlamaq üçün ilk addımlarını atıblar.
"Bakcell" şirkəti özünün genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində qadın məşğulluğunun və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək verir.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir