"Nar” tələbələr üçün təqaüd proqramı elan edir!
Ölkədə informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsini hər zaman diqqət mərkəzində saxlayan “Nar” mobil operatoru Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün təqaüd proqramı elan edib.
Universitetin informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan tələbələr təqaüd proqramında iştirak edə bilərlər. Bu təqaüd proqramı çərçivəsində 2019-2020-ci tədris ilində müvafiq ixtisaslardan olan və dərslərində yüksək göstəricilərə malik 5 tələbəyə aylıq təqaüd veriləcək.
Xatırladaq ki, “Nar” artıq ikinci ildir ki, rabitə sahəsində gələcəyin yerli peşəkarlarının yetişdirilməsinə dəstək məqsədilə Naxçıvanlı tələbələri üçün təqaüd proqramı təşkil edir.
“Nar” KSM startegiyası çərçivəsində müxtəlif yaş qruplarından və sosial təbəqələrdən olan şagird və tələbələrin maarifləndirilməsi, dünyagörüşünün artırılması və analitik düşüncə qabiliyyətinin inkişafı istiqamətində bir çox layihələrə imza atıb. Eyni zamanda, informasiya texnologiyaları sahəsinin daha da gücləndirilməsi və təşviqi üçün mobil operator təhsil müəssisələri ilə də əməkdaşlıqlar edir. Belə ki, Azərbaycan Texniki Universiteti və ADA Universiteti ilə tələbələrin praktiki biliklərinin inkişafına yönəlik uzunmüddətli layihələr həyata keçirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...