Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı
Baş nazir Novruz Məmmədov Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərini təsdiqləyib.
Baş nazir, eyni zamanda, ədliyyə orqanları işçilərinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin, Penitensiar xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının vəzifə maaşlarını təsdiq edib.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri də təsdiq olunub.
Qərarlar sentyabrın 1-dən tətbiq edilir.
Qeyd edək ki, qərarlar Prezidentin 2019-cu il 18 iyun tarixli 1264 nömrəli sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə verilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatları vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək