Əvəz Zeynallı “Azercell”i məhkəməyə verməyə çağırdı
Xural.com-un baş redaktoru Əvəz Zeynallı “Azercell” mobil operator şirkətini fırıldaqlarına görə məhkəməyə verməyə çağırıb.
Bu barədə jurnalist özü feysbukda yazıb. Onun sözlərinə görə, bu gün – Türkiyəyə gəlişinin 14-cü günü fırıldaqçı və dələduz “Azercell” ona mesaj göndərib: “Sizin 1 GB rominq internet paketiniz ləğv olundu. İnternetdən istifadə cari tarifinizə uyğun hesablanacaq. Yeni paketin sifarişi üçün: 14 günlük 1GB paketinə qoşulmaq üçün *100*1001#YES, 3 günlük 400MB paketinə qoşulmaq üçün *100*401#YES, 1 günlük 100MB paketinə qoşulmaq üçün *100*101#YES yığın”. Jurnalist qeyd edib ki, bir şirkət nə qədər özünü, iş şərəfini itirməlidir ki, adamı lap dolasın: “Nə qədər həyasız olmalısan ki, yediyin internetə aydınlıq gətirmədən təzədən həyasızcasına bir də mesaj göndərib insanın əsəbi ilə oynayasan. Bu şarlatanları məhkəməyə vermək və bunu kütləvi etmək lazımdır. Kim məhkəməyə verir fırıldaqçı Azercelli? Mən hazır… Bakıya enən kimi ilk işlərimdən biri bu olacaq…”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək