Sumqayıt Təmizlik Departamenti şəhəri belə zəhərləyir - ŞİKAYƏT
- 2-09-2019, 10:09
- 1 068
Mənbənin GUNinfo.az bildirdiyinə görə, yandırılan zibil qutularından qalxan qatı tüstünün ətraf ərazilərdə məskunlaşan sakinlərin, habelə sözügedən magistraldan istifadə edənlərin ciddi narahatlığına səbəb olduğunu bildirib. Departamentin yaradığı tüsü çənbəri vətəndaşların haqlı narazılığına səbəb olsada, belə halın ziyanı rəhbərliyi heç də düşündürmür.
Onuda qeyd edək ki, aylar öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıt Şəhər Təmizlik Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rahim Mustafayev 4000 manat məbləğində cərimələyib. Görünür Rahim Mustafayev hələdə bundan nəticə çıxarmayıb.