Tanınmış teleaparıcı Vilayət Eyvazova müraciət etdi: "Tarqovı" biabırçılıqdı, əncam çəkin
Tanınmış teleaparıcı Nəsimi Nəbizadə feyzbuk vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
Yeniavaz.com xəbər verir ki, o müraciətində Bakının "Tarqovı" adlanan ərazisi ilə bağlı gileylənib: "Cənab nazir, hörmətli Vilayət Eyvazov. Sizin kimi peşəkar və təcrübəli, savadlı və müasir nazirimiz var… Və siz Naxçıvan torpağındansız. O gözəl və qeyrətli torpaqdan… Azərbaycanın böyük torpağından… “Tarqovı” biabırçılıqdı. Ora əl gəzdirin. O park Bakının vizit kartıdı. O cür olmalı deyil ora… Əncam çəkin, göz qabağıdı… Biz o cür deyilik axı… Bizim polisimiz bizi hər mənada qorumalıdır axı...".
Teleaparıcının yazdığı fikrə bildirilən şərhlər isə onu göstərib ki, teleaparıcının gileyləndiyi əsas məsələ son zamanlarda Bakıya axın edən ərəb turistlərin bir çoxları tərəfindən qeyri-etik qəbul edilən hərətləridir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək