Yeni təhsil ilində valideynlərə gömrük tərəfindən SÜRPRİZ hazırlanır... - PROBLEM
Əslində ilk günündən Səfər Mehdiyevin ona tapşırılan etimadı doğruldub-doğrultmayacağı kifayət qədər şübhəli idi. Və zaman keçdi Səfər Mehdiyevin barəsində olan şübhələr daha da artdı. İş o həddə çatıb ki, artıq Dövlət Gömrük KOmitəsinin rəhbəri postuna yeni kadr hazırlanmaqdadır.
Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, Səfər Mehdiyev ilk gəldiyi gündən "köhnə bazara təzə nırx qoymaqda" aciz olduğunu hiss etdirdi: "Çünki onun özü "köhnə bazar"ın köhnə gömrük sisteminin favoritlərindən biri, bəlkə də birincisi olması səbəbindən barəsində "islahatçı" imicinin yaradılması imkansız oldu.
Bu gün gömrük strukturlarında əvvəlki qaydada sahibkarlar rəsmən qarət olunur və bu işin başında Səfər Mehdiyev dayanır. Bəlasın isə Azərbaycan vətəndaşları çəkir. Səfər Mehdiyevin gömrükdəki astronomik rüsumları sonunda Azərbaycan vətəndaşlarının cibindən çıxır. Təbii ki, baha rüsumların qarşılığında sahibkarlar da gətirdikləri malların qiymətini qaldrmalı olurlar".
Dia.az-a danışan sahibkarlardan biri isə maraql məqama toxunur: "Bu təhsil ilinə hazırlaşan valideynlərə gömrük tərəfindən "sürpriz" hazırlanır... Şəxsən mən hazırki rüsumlarla keçən ildəkinə nisbətdə bazara çıxardığım məhsullarn qiymətini qaldırmaq məcburiyyətindəyəm. Bir-iki günə mallarım gəlir. Görürəm ki, qiymətləri 25-30 faiz qaldırmalı olacam. Köhnədən depoda qalanları ucuz qiymətə sata bilərəm, amma baha gömrük rüsumlu malları ucuz versəm, onda gərək dükanımı bağlayam".
Mövzu diqqətmizdədir. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək