Yağış "Binə" Ticarət Mərkəzində fəsadlar yaratdı: - Sahibkarlar Kəbirə Məmmədovdan kompensasiya tələb edirlər
Bakıda yağan yağış Binə Ticarət Mərkəzində ciddi fəsadlar yaradıb.
Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, mağaza sahibləri, satıcılar dükan və anbarlara dolan suyu təmizləməyə çalışsalar da, hələlik buna nail ola bilməyiblər. Əksər sahibkarlara ciddi ziyan dəyib.
Adlarını açıqlamaq istəməyən sahibkarlar bunun günahını “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovada görürlər: "Hər yağış yağanda eyni problemlə üzləşirik. Ayın sonu çatmamış, bizdən icarə pulları yığırlar. Hələ üstəlikdə digər xərclər adı ilə əlavə ödənişlər tələb olunur. Amma, adicə ticarət mərkəzinin dam hissəsini təmir etmək istəmirlər. Nəticədə də belə problem yaranır".
Sahibkarlar Kəbirə Məmmədovadan onlara dəyən zərərlə bağlı kompensasiya tələb edirlər.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək