“Access Bank”la “Qaramanlı” şikrkətinin arasında nə baş verir?
- 5-08-2019, 09:15
- 1 038
Müəssisənin 70 nəfərə yaxın əməkdaşının etirazından sonra “Access Bank”ın mərkəzi ofisinin rəhbərli Rəhman Əhmədovu və firmanın daha bir neçə əməkdaşını qəbul edib. İki saata yaxın davam edən söhbətdən sonra firmanın rəhbəri jurnalistlərə açıqlama verib. O, bildirib ki, Bankın rəhbərliyi məsələnin tam araşdırılması üçün avqustun 6-na kimi vaxt istəyib. Bank rəhbərliyi ilə danışıqlar zamanı “Accses Bank”la “Qaramanlı” firması arasındakı kredit müqavilələrinin yandırıldığı qeyd edilib. Müəssiənin rəhbərinin birdirdiyinə görə isə kredit xətti bağlandıqdan sonra sənədlər üç il saxlanılmalıdır. “Bank əməkdaçlarının bu sənədləri yandırması onların qanunsuzluğa yol verdiyini sübut edir. Çünki bizim kredit müddətimiz 2020-ci ilə kimidir. Onların bildirdiyi kimi, sənədlərin 2018-ci ildə yandırılması qeyri-qanunidir. Bu sənədlər ən azı 2023-cü ildən sonra məhv edilə bilərdi”,-deyə Rəhman Əhmədov bildirib.
Teref.az qeyd edir ki, “Qaramanlı” şirkətinin rəhbərinin dediyinə görə onlar “Access Bank”-a 260 000 dollar artıq pul ödəyiblər və onlar bu pulları geri istəyirlər.
Məsələnin sonrakı mərhələsi ilə bağlı izləyicilərimizə yenidən məlumat verəcəyik.
Etiraz aksiyasından hazırlanan video materialı təqdim edirik.
[media=http://m.youtube.com/watch?v=oTGwIKxj_4w]