SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Access Bank”la “Qaramanlı” şikrkətinin arasında nə baş verir?

“Access Bank”la “Qaramanlı” şikrkətinin arasında nə baş verir?

Tarix:

5-08-2019, 09:15

/ 1 034 dəfə oxundu.
“Access Bank”la “Qaramanlı” şikrkətinin arasında nə baş verir?

Qaramanlı” ayyaqqqabı firmasının işçiləri “Access Bank”ın mərkəzi ofisinin qarşısında aksiya keçiriblər. Müəssisənin rəhbəri Rəhman Əhmədovun bildirdiyinə görə Bankın Abşeron filialı onların adına əlavə kreditlər yazıb. Onların banka borcu olmadığı halda bank müəsisəni borclu sayıb. Buna görə firmanın bank hesabları bağlanıb. İşçilər əmək haqqı ala bilmir. Hələ üstəlik Bank onlara qarşı məhkəmə çəkişməsi aparır.
Müəssisənin 70 nəfərə yaxın əməkdaşının etirazından sonra “Access Bank”ın mərkəzi ofisinin rəhbərli Rəhman Əhmədovu və firmanın daha bir neçə əməkdaşını qəbul edib. İki saata yaxın davam edən söhbətdən sonra firmanın rəhbəri jurnalistlərə açıqlama verib. O, bildirib ki, Bankın rəhbərliyi məsələnin tam araşdırılması üçün avqustun 6-na kimi vaxt istəyib. Bank rəhbərliyi ilə danışıqlar zamanı “Accses Bank”la “Qaramanlı” firması arasındakı kredit müqavilələrinin yandırıldığı qeyd edilib. Müəssiənin rəhbərinin birdirdiyinə görə isə kredit xətti bağlandıqdan sonra sənədlər üç il saxlanılmalıdır. “Bank əməkdaçlarının bu sənədləri yandırması onların qanunsuzluğa yol verdiyini sübut edir. Çünki bizim kredit müddətimiz 2020-ci ilə kimidir. Onların bildirdiyi kimi, sənədlərin 2018-ci ildə yandırılması qeyri-qanunidir. Bu sənədlər ən azı 2023-cü ildən sonra məhv edilə bilərdi”,-deyə Rəhman Əhmədov bildirib.
Teref.az qeyd edir ki, “Qaramanlı” şirkətinin rəhbərinin dediyinə görə onlar “Access Bank”-a 260 000 dollar artıq pul ödəyiblər və onlar bu pulları geri istəyirlər.
Məsələnin sonrakı mərhələsi ilə bağlı izləyicilərimizə yenidən məlumat verəcəyik.
Etiraz aksiyasından hazırlanan video materialı təqdim edirik.
[media=http://m.youtube.com/watch?v=oTGwIKxj_4w]

Şərhlər

XƏBƏR LENTİ