Razim Məmmədovun rəis qohumu işdən çıxarıldı
Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Əvəz İsmayılov vəzifəsindən azad edilib.
Bu barədə Xətai rayon İcra başçısı vəzifəsini əvəz edən, (rəsmi müavin) Rafiq Quluyev əmr imzalayıb. Ə.İsmayılovun yerinə isə, qurumun baş mühəndisi Babayev Sahib Xudaverdi oğlu müvəqqəti olaraq təyin olunub.
Xəbəri Xətai rayon İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək, Ə.İsmayılov Xətai rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovun xalası oğludur.
Xatırladaq ki, bundan əvvəl Razim Məmmədovun əmisi oğlu, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədov da Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sözügedən cinayət işində Əvəz İsmayılovun da adı hallanır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək