Qarabağ qazisi həbsxanadan prezidentə müraciət etdi: “Azadlığım üçün pul istəyirlər...”
Qarabağ qazisi: “13 saylı Cəzaçəkmə Müəssisəsi bazardır, müəssisənin rəhbəri isə “bazarkom”dur”
Döyüşlərdə şücaət göstərdiyinə və iki dəfə yaralandığına görə “Hərbi xidmətə görə medal”ı ilə təltif olunmuş, hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məlikov Vurğun Nazim oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
PİA.az-a audio-səs şəklində daxil olan müraciətdə Qarabağ qazisi 13 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların ağır şəraitdə yaşamalarından bəhs etməklə yanaşı, 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin azadlığa çıxmaq üçün ondan rüşvət tələb etdiyini iddia edir.
Qeyd edək ki, Vurğun Məlikov cəzasının üçdə iki hissəsini çəkib və onun vaxtından əvvəl azadlığa çıxması üçün sənədlərinin məhkəməyə yollanılmır. Buna görə isə dustaq 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyini ittiham edir və bildirir ki, buna gprə ondan pul tələb olunur.
Ayrıca Vurğun Məlikov müraciətində bildirir ki, 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1200 məhkum burda cəhənnəm əzabı içində yaşayırlar. Qeyd olunur ki, burda dustaqlara qul kimi davranılır, onlar ancaq evlərindən gələn qidayla həyatda qala bilirlər.
13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məlikov Vurğun Nazim oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə aşağıdakı linkdən tanış oal bilərsiniz. Qeyd edək ki, səs yazısı PİA.az dustaq Qarabağ qazisinin oğlu tərəfindən təqdim olunub.









Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...