SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı Şəhər İcra Hakimiyyətinin tenderləri: 11 milyon hara xərclənib?

Bakı Şəhər İcra Hakimiyyətinin tenderləri: 11 milyon hara xərclənib?

Tarix:

24-07-2019, 16:08

/ 905 dəfə oxundu.
Bakı Şəhər İcra Hakimiyyətinin tenderləri: 11 milyon hara xərclənib?

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sifariçisi olduğu layihələrə son 3 ildə dövlət büdcəsindən on milyondan manatdan artıq vəsaiti ayrılıb.

Arqument.az-ın məlumatına görə, tenderlərin icrası zamanı bir sıra şübhəli məqamlar ortaya çıxıb. Belə ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2016-17-ci illərdə sifarişçisi olduğu 23 sosial yönümlü obyektlərin layihə-smetasının şişirdildiyi görünür.

Məlumatda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sifariçisi olduğu şəhərətrafı qəsəbələrdə inşa edilən məktəb, peşə məktəbləri, idman zalları, körpələr evi-bağçaların bəzilərinin yarımçıq qaldığı, bəzilərinin isə ümumiyyətlə boş-istifadəsiz olduğu deyilir.

Ümumilikdə isə 21503 kvadratmetr tikintini əhatə edən məktəb, peşə məktəbləri, idman zalları, körpələr evi-bağçalarının sıralaması aşağıdakı siyahı üzrədir:

Ələt qəsəbəsi - 1 bağça və 1 peşə məktəbi (2)
Müşviqabad qəsəbəsi - orta məktəb (1)
Lökbatan qəsəbəsi - peşə məktəbi (2)
Puta qəsəbəsi - peşə məktəbi (1)
Səngəçal qəsəbəsi - orta məktəb (1)
Binəqədi qəsəbəsi - orta məktəb (1)
Rəsulzadə qəsəbəsi - orta məktəb (3)
6-cı mikrorayon - orta məktəb (1)
Biləcəri qəsəbəsi - bağça (1)
Hövsan qsəbəsi - orta məktəb (2)
Binə qəsəbəsi - idman və akt zalı (1)
Qala qəsəbəsi - orta məktəb (1)
Buzovna qəsəbəsi - orta məktəb, bağça (3)
Bibiheybət qəsəbəsi - bağça (1)
Ümid qəsəəsi - orta məktə (1)
Pirallahı qəsəbəsi - orta məktəb (1)

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentin sifarişçisi olduğu layihələrin şişirdilməsinə səbəb kimi podratçı şirkətlərlə olan "işbirliyi", sifariş olunan layihələr üzrə məbləğlərin "otkad" formasında geri qaytarılması göstərilir.

Bununla yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2018-ci ilin yanvar ayının 5-də "Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağçalarda abadlıq, əsaslı təmir, yenidənqurma və abadlıq işləri" üzrə sifarişçisi olduğu tenderdə də ciddi maliyyə yeyintilərinin olduğu, görülən işlərin şişirdildiyi bildirilir.
Departamentin qeyd olunan tender üzrə sifarişçisi olduğu tenderin dəyəri 11 milyon (mənbə: tender.gov.az) beş yüz min manatdan ibarətdir. Tenderə yekun vurulduğu gündən 1 ildən artıq vaxt keçsə də, görülən işlər barədə heç bir məlumat açıqlanmayıb.

Aqument.Az-a verilən məlumatda uzun illərdən bəri Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən şəxslərin, xüsusən Rəfail Mehrəliyevin və Vidadi Əliyevin bir çox şərikli obyektlərinin, təsərrüfatlarının olduğu da deyilir.

Məlumata görə, Zirə qəsəbəsində on hektarlarla ərazini əhatə edən pomidor istixanaları da Vidadi Əliyevlə Rəfail Mehrəliyevə məxsusdur.

Mövzu ilə bağlı 2 iyul, 2019-cu il tarxidə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (), iyulun 12-də isə Bakı Şəhər İcra Hakimiyyətinə ([email protected]) rəsmi sorğu göndərsək də, qurumlar sorğunu cavablandırmadı.

Aqument.Az

Şərhlər

XƏBƏR LENTİ