Komitənin eyni ünvanda qeydiyyatda olan şirkətlərlə şübhəli tender əməliyyatları… – SİYAHI
Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi son 2,5 ildə 4 milyon manata yaxın satınalma həyata keçirib.
“Report”a istinadla xəbər veririk ki, satınalmaların əhəmiyyətli hissəsi konfransların, seminar-treninqlərin, seminar-müşavirələrin, sərgilərin təşkilinə xərclənib.
Təkcə 2019-cu ildə bu məqsədlərlə 1 186 530 manat dəyərində 7 satınalma müqaviləsi bağlanıb, o cümlədən 511 610 manatlıq satınalma Neftçalada eyni hüquqi ünvanda yerləşən “Sun Drink”, “Katrin-LD” və “Barens-2017” şikətləri ilə həyata keçirilib.
Dövlət Komitəsi eyni küçədə, lakin başqa ev üzrə qeydiyyatda olan “Starcom”la “Bakı şəhərində konfransların təşkili üzrə 198 640 manat dəyərində müqavilə imzalayıb.
Dövlət qurumu müxtəlif vaxtlarda hüquqi ünvanları Bərdə rayonu, Xanərəb kəndi olan “Vanur LTD”, “Abmore LTD”, “Mega Technology”, Nərimanov rayonu, Əhməd Rəcəbli ev 21, 21A, 23A, 25A olan “Dalmatin”, “Oniks STK”, “Qen Tex Servise”, “Marsan Service”, “Sinta”, Sabirabad rayonu, Qalağayın kəndi olan “Ambra Servis”, “Tikinti BT” və eyni adamların adına qeydiyyatda olan ayrı-ayrı digər şirkətlərlə də müqavilə imzalayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...